Fuad Əsədov: “Azərbaycan və Ermənistan yığmaları arasında oyunların harada keçirilməsi məsələsi ilə bağlı UEFA aprelin 12-də qərar verəcək”
- Həmin iclasın gündəliyində yalnız AFFA-nın aprelin 26-da keçiriləcək növbəti konfransının gündəliyinin təsdiqlənməsi məsələsi olacaq. Konfransda isə hər il olduğu kimi, ilin nəticələrinə baxılacaq. Yəni görülən işlərlə bağlı auditor təşkilatının hesabatı dinləniləcək, növbəti il üçün auditor təşkilatı təsdiqlənəcək, büdcə qəbul olunacaq. Ola bilsin, iclasın gedişində başqa məsələlər də ortaya çıxsın. Amma ilkin məsələlər ötən ilki konfransda müzakirəyə çıxarılanlardır. Bu da AFFA Nizamnaməsinin müvafiq bəndlərinə uyğundur.
- Gənclər və idman naziri Azad Rəhimov AFFA-nın konfransında legioner limitinin artırılacağını bildirib. İndiyədək klublardan AFFA-ya bununla bağlı rəsmi müraciət daxil olubmu?
- AFFA-nın Nizamnaməsinə əsasən, konfransdan üç ay öncə federasiyanın bütün üzvlərinə rəsmi bildiriş göndərmişik. Aprelin 26-da keçiriləcək konfransa 45 gün qalmışadək təkliflər verilməlidir. Hələlik legioner limitinin artırılması ilə bağlı klublardan müraciət daxil olmayıb.
- UEFA prezidenti Mişel Platini Azərbaycan və Ermənistan milli komandaları arasında Avropa çempionatının seçmə qrup oyunlarının böyük ehtimalla neytral meydanda keçiriləcəyini bildirib...
- Platini bu məsələyə yaxın vaxtlarda baxılacağını deyib. Yaxın vaxt da aprelin 12-dir. Artıq bu barədə AFFA-ya məktub göndərilib. Bizi aprelin 12-də keçiriləcək müvafiq komissiyanın iclasına dəvət ediblər. Həmin gün oyunların neytral meydanda, yoxsa Bakı və İrəvanda keçirilməsinə dair ilkin qərar qəbul olunduqdan sonra baxılmaq üçün UEFA İcraiyyə Komitəsinin bir həftə sonra Uelsin paytaxtı Kardiff şəhərində keçiriləcək iclasına göndəriləcək. Oyunların neytral meydanda keçirilməsinə dair yekun qərar verilsə, biz Ukrayna, İsveçrə və ya Avstriya variantlarını təklif edəcəyik. Oyunların konkret, hansı ölkədə keçiriləcəyi isə sonradan bizim Ermənistan tərəfi ilə apardığımız danışıqlardan asılı olacaq.
- Oyunların Ukraynanın Donetsk şəhərində keçirilmə ehtimalının daha çox olduğu bildirilir...
- Bizim adlarını çəkdiyimiz üç ölkə arasında Ukrayna da var. Ermənistan tərəfi də razılıq versə, oyunlar bu ölkədə təşkil oluna bilər. Konkret, hansı şəhərdə olacağını isə deyə bilmərəm.
- Yeri gəlmişkən, FİFA prezidenti Zepp Blatterlə UEFA prezidenti Mişel Platininin ölkəmizə səfərinin vaxtı dəqiqləşibmi?
- Xeyr. Çünki Platinin nə vaxt gələcəyi hələ bilinmir. Bu günlərdə Gürcüstanda səfərdə olanda o, Bakıya da gələcəyini bildirib. UEFA prezidenti seçilməmişdən öncə Platini istədiyi vaxt istədiyi yerə gedə bilirdi. Amma indi vəzifə başındadır. O qədər işi var ki... Əvvəlcə belə bir ehtimal var idi ki, Platini UEFA İcraiyyə Komitəsinin aprelin 18-də keçiriləcək iclasının ertəsi gün Bakıya gələcək. Həmin ərəfədə Blatter Pakistanda olacaq. O da oradan Azərbaycana gəlməli idi. Sonradan məlum oldu ki, UEFA İcraiyyə Komitəsi aprelin 18-də yox, 19-da yığışacaq. Buna görə də FİFA və UEFA prezidentlərinin Bakıya nə vaxt gələcəklərini bilmirik.
- FİFA və UEFA prezidentlərinin səfəri zamanı yalnız AFFA-nın ofisinin açılışı nəzərdə tutulur?
- Şübhəsiz ki, onlar AFFA-nın ofisinin açılışında bir saat ərzində iştirak etdikdən sonra təyyarəyə minib getməyəcəklər. Blatter və Platini üçün səfər proqramı tərtib olunacaq. Onlar gəlsələr, iki gün Bakıda olacaqlar. Bu müddətdə AFFA-nın ofisindən başqa, beynəlxalq futbol qurumlarının vəsaiti hesabına tikilən mini-futbol meydançalarına da baxmalıdırlar. Yəqin ki, prezident İlham Əliyevlə, gənclər və idman naziri Azad Rəhimovla da görüşəcəklər. Bunların hamısı tərtib edəcəyimiz proqramda əksini tapacaq.
- Blatter və Platininin rayonlarda tikilən mini-futbol meydançalarına da baş çəkəcəyi gözlənilirmi?
- Bu, artıq onların özlərindən asılıdır.
- 21 yaşlılardan ibarət yığmamızın Avropa çempionatının seçmə qrup mərhələsindəki oyunlarının təqvimi nə vaxt müəyyənləşəcək?
- Qrup mərhələsinin püşkü martın 13-də atılıb. Reqlamentə əsasən, oyunların təqvimi püşk atıldıqdan bir ay sonra təsdiqlənməlidir. UEFA yığmamızın yer aldığı 1-ci seçmə qrupun təqvimini tezliklə bizə göndərəcək.
- Futzal Federasiyasının prezidenti Ağarza Rzayev AFFA İcraiyyə Komitəsinin iclasında Baba Əsgərovun futzal üzrə yığma komandanın baş məşqçisi vəzifəsinə təsdiqlənəcəyini bildirib...
- Ağarza Rzayevin yığma komandanın baş məşqçisinin təyinatı məsələsinə nə dəxli var? O, federasiya prezidenti kimi yalnız təklif verə bilər. Hələlik futzal yığmamız Baba Əsgərova həvalə olunub. Baş məşqçi təyin edəndə, Futzal Federasiyası rəhbərliyinin də, yığmada çalışanların da, AFFA Futzal Komitəsinin də fikrini nəzərə alacağıq. Amma konkret qərarın nə vaxt veriləcəyini deyə bilmərəm.
- Futzal üzrə yığma komandamızın Hollandiyada keçirilən Avropa çempionatının seçmə oyununda üzləşdiyi haqsızlıqla bağlı AFFA UEFA-ya rəsmi şikayət məktubu göndəribmi?
- Hazırda həmin məktubu hazırlamaqla məşğuluq. Məktuba Serbiya ilə oyunumuz vaxtı futbolçumuza qarşı törədilən təxribatı əks etdirən fotoşəkilləri və Hollandiya mətbuatının bu barədə yazılarını əlavə etmişik. Biz həmin məktubu martın 12-də UEFA-ya göndərəcəyik. Amma oyunun yenidən keçirilməsi qeyri-mümkündür. UEFA Serbiya Futbol Federasiyasını cərimələyə bilər.
- Millimizin oyunçusu Sergey Sokolov qanında dopinq aşkarlandığına görə, AFFA-ya kəsilən cəriməni ödəmisinizmi?
- Cəriməni nəyə görə ödəməli olduğumuzla bağlı UEFA-ya göndərdiyimiz üçüncü sorğu-məktuba hələ cavab almamışıq. Cəriməni isə ödəməmişik. Amma adətən, bu belə olur: Cərimələnən milli federasiyanın hesabına UEFA tərəfindən hansısa proqramın icrası məqsədilə vəsait köçürülərkən, cəriməni həmin vəsaitdən çıxırlar. Yəqin ki, indiyədək həmin cəriməni tutublar. /APA/
Döyüş növləri
Çempionlar Liqası: “Qalatasaray” ilk qarşılaşmada məğlub olub - NƏTİCƏLƏR
Boks üzrə U-19 Avropa çempionatında Azərbaycan millisinin daha 2 idmançısı 1/4 finala vəsiqə qazanıb
İslam Maxaçev İan Qerrini məğlub edərək çempionluq titulunu qoruyub
İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu olub
Xəbər Lenti
Rusiya ordusu gecə Kiyevə hücum edib, 8 nəfər yaralanıb
Diplomatik korpusun Qarabağa və Şərqi Zəngəzura səfəri başlayıb - FOTO
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
“Bitcoin”in qiyməti 77 min dollardan aşağı düşüb
Əmtəə bazarlarında qızılın qiyməti 4400 dollardan aşağı düşüb
Qlobal fond bazarlarında eniş davam edib
Nyu-York birjasında təbii qaz cüzi ucuzlaşıb
Bakı və Abşeronun bəzi ərazilərində elektrik enerjisi olmayacaq
“Brent” markalı neftin qiyməti 108 dolları ötüb
“Anthropic”in süni intellekt modeli nəzarətdən çıxıb internetə sızaraq üçüncü tərəfin sistemini sındırıb
Vens amerikalıları bir qrup "dəli demokrat"a səs verməməyə çağırıb
Tramp İranla müharibənin Konqres seçkilərinədək başa çata biləcəyini istisna etməyib
Tramp: İran Demokratların qələbəsi ümidi ilə münaqişəni uzadır
Kanada və Ukrayna 100 illik tərəfdaşlıq haqqında deklarasiya imzalayıb
Oman sahilləri yaxınlığında iki gəmiyə hücum edilib
Livan və İsrail arasında danışıqlar gələn həftə Romada keçiriləcək
Vaşinqton Ər-Riyadla kəşfiyyat məlumatlarının mübadiləsini genişləndirib
“Fənərbaxça” Çempionlar Liqasına xalla başlayıb - YENİLƏNİB
Çempionlar Liqası: “Sabah” “Mançester Yunayted”ə böyük hesabla məğlub olub
Pezeşkian BRİCS sammitində iştirak etmək üçün Dehliyə gedəcək
Aziz Yıldırım: İsmail Kartal işinin başındadır
İran XİN rəhbəri Pakistan ordusunun komandanı ilə telefonla danışıb
“Fənərbaxça”nın baş məşqçisi İsmail Kartal istefa verib
Hacıqabulda ağır qəza, 1 nəfər ölüb, 2 nəfər yaralanıb
ABŞ İrana qarşı sanksiya siyahısına 14 fiziki şəxs və 5 şirkəti əlavə edib
Əlcəzair BƏƏ təyyarələri üçün hava məkanını bağlayacaq
Karni: Kanada və Ukrayna HHM raketlərinin tədarükünü razılaşdırıb
ABŞ Argentinaya “Black Hawk” helikopterlərinin satışını təsdiqləyib
Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var
OPEC Azərbaycanda gündəlik neft hasilatı üzrə göstəriciləri açıqlayıb
CENTCOM: İranın blokadası zamanı 96 ticarət gəmisinin marşrutu dəyişdirilib
İran ABŞ ordusuna aid pilotsuz sualtı qayığı vurub - VİDEO
Tramp: İranın İordaniyadakı bazaya endirdiyi zərbələr nəticəsində ABŞ təyyarələrinə zərər dəyməyib
Ömər Çelik: Türkiyə Rusiya-Ukrayna danışıqlarına ev sahibliyi etməyə hazırdır
Rusiya ordusu Pavloqrada dron zərbəsi endirib: 3 nəfər ölüb, azı 34 yaralı var
"Botafoqo" Hakim Ziyeşi transfer edib
Ukrayna Rusiya və Belarusla sərhəddə xüsusi rejim tətbiq edib
Şəmkirdə istixanada yanğın olub - VİDEO
Sentyabrın 6-da keçirilmiş buraxılış imtahanının nəticələri açıqlanıb
CICA konfransının iştirakçıları Bakı Limanının fəaliyyəti ilə tanış olublar - FOTO
AccessBank nağd kreditlər üzrə 7%-dək endirim kampaniyasına yenidən start verib
Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində növbəti panel müzakirə keçirilib - FOTO
Səfir: Meksika ilə Azərbaycan müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq edəcək - MÜSAHİBƏ
FHN-in Şimal-qərb Regional Mərkəzi mülki müdafiə kursları keçirib - FOTO
Zurab Pataradze: Acarıstan üçün Azərbaycanla əlaqələrin möhkəmləndirilməsi xüsusi əhəmiyyət daşıyır
Sabah Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar ödəniləcək
Azərbaycanlı bacı-qardaş Rusiyada yol qəzasında ölüblər
Xəzər rayonunda 33 kq-a yaxın narkotik vasitə dövriyyədən çıxarılıb
İmişlidə nikah yaşına çatmayan qızla 31 yaşlı şəxsin toy mərasiminin qarşısı alınıb
Azərbaycan-Aİ əməkdaşlığının gündəliyində duran əsas məsələlər müzakirə olunub