Bank Of Baku

Azərbaycanın futbol yığması “Alma-TV Kuboku” turnirində ikinci yeri tutub

Azərbaycanın futbol yığması “Alma-TV Kuboku” turnirində ikinci yeri tutub
# 12 mart 2007 08:20 (UTC +04:00)
Futbol üzrə Azərbaycan millisi Qazaxıstanın Çimkənd şəhərində keçirilən “Alma-TV” kuboku turnirini qələbə ilə başa vurub. “APA-Sport” agentliyinin məlumatına görə, yığmamız qrupda sonuncu oyununda Qırğızıstanı 1:0 hesabı ilə məğlub edib. Qələbə topunun müəllifi qarşılaşmanın 17-ci dəqiqəsində fərqlənən Vaqif Cavadov olub. Bu, V.Cavadovun milli komandamızın heyətində vurduğu ilk qol olub. Yığmamızın braziliyalı yarımmüdafiəçisi Markus Fereyra isə görüşün 48-ci dəqiqəsində penaltini dəqiqə yerinə yetirə bilməməklə, qol hesabını açmaq imkanını əldən verib.
Yığma komandamızın baş məşqçisi Şahin Diniyev əsas heyətdə Cahangir Həsənzadə, Saşa Yunisoğlu, Ramin Quliyev, Usim Nduka, Aleksandr Çertoqanov, Elmar Baxşıyev, İlqar Qurbanov, Rahid Əmirquliyev, Vaqif Cavadov, Vüqar Nadirova yer verib. Oyunun 46-cı dəqiqəsində Aslan Kərimov U.Ndukanın, Andre Ladaqa R. Əmirquliyevin, Branimir Subaşiç V.Nadirovun, Emin İmaməliyev İ.Qurbanovun əvəzinə meydana daxil olub. Leandro Qomeş isə görüşün 65-ci dəqiqəsində M.Fereyranı əvəzləyib. Fərhad Vəliyevlə Zaur Həşimov ehtiyatda qalıb, Ernani Pereyra, Samir Abbasov, Ceyhun Sultanov və Kənan Kərimovun adları oyunun iştirak ərizəsinə daxil edilməyib.
Bu qələbə ilə hesabına 6 xal yazan millimiz turniri ikinci yerdə başa vurub. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR