Bank Of Baku

Azərbaycan yığmasının Polşa ilə səfər oyunu üçün AFFA-ya 140 bilet ayrılıb

Azərbaycan yığmasının Polşa ilə səfər oyunu üçün AFFA-ya 140 bilet ayrılıb
# 12 mart 2007 16:49 (UTC +04:00)
Martın 24-də Avropa çempionatının seçmə mərhələsində Varşavanın “Legiya” stadionunda Polşa və Azərbaycanın futbol yığmaları arasında keçiriləcək matçı 140 həmyerlimiz izləyə bilər. Bu barədə “APA-Sport” agentliyinə AFFA-nın Marketinq və Reklamlar Departamentinin əməkdaşı İlqar Əliyev məlumat verib. İ.Əliyevin sözlərinə görə, “Legiya” stadionunda azərbaycanlılar üçün ayrılan yerin sayı ilə bağlı Milli Assosiasiyalar arasında qarşılıqlı razılıq mövcuddur: “Qitə birinciliyinin püşkatmasından sonra AFFA rəhbərliyi yığmamızla eyni qrupa düşən milli komandaların rəsmiləri ilə müqavilə bağlayıb. Ötən ilin fevralında Brüssel şəhərində imzalanan müqaviləyə əsasən, yığmamızın səfər qarşılaşmalarını 140 tamaşaçı canlı izləmək imkanı qazanır. Bunlardan 15-i VİP, qalanları isə sektorlar üçün nəzərdə tutulub. Eyni zamanda, Bakıda keçirilən oyunlarda qonaq komandanını 140 azarkeşinin matça baxmasına şərait yaradırıq”. İ.Əliyev bildirib ki, Polşa - Azərbaycan görüşünün biletlərinin satışı ilə xüsusi agentlik məşğul olur. Bu oyuna bilet sifarişi üçün son tarix sabah sona çatacaq. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR