Bank Of Baku

Qırğızıstan yığması “Alma-TV Kuboku” turnirində Azərbaycanla oyuna çıxmaq istəməyib

Qırğızıstan yığması “Alma-TV Kuboku” turnirində Azərbaycanla oyuna çıxmaq istəməyib
# 13 mart 2007 09:09 (UTC +04:00)
Azərbaycan yığmasının ikinci yeri tutduğu “Alma-TV Kuboku” turnirinin aşağı səviyyəli təşkilatçılığına dair yeni faktlar ortaya çıxıb. “APA-Sport” agentliyinin Qırğızıstan mətbuatına istinadən verdiyi xəbərə görə, Qazaxıstan və Özbəkistan milliləri arasında turnirin son oyununu idarə edən qırğızıstanlı hakim Dmitri Maşentsev 88-ci dəqiqədə Qazaxıstan millisinin qapısına açıq-aşkar penaltini təyin etməyib. Bundan qəzəblənən özbəkistanlı futbolçular hakimin üstünə qaçaraq, D.Maşentsevə etiraz ediblər. Futbolçulara Özbəkistan yığmasının rəsmi nümayəndələri də qoşulublar. Onlar hakimə zərbə vurmaqdan da çəkinməyiblər. Turnirdə Qırğızıstan milli komandası da təzyiqə məruz qalıb. Belə ki, Azərbaycanla Qırğızıstan yığmaları arasındakı oyuna azərbaycanlı hakim Vüsal Əliyevin təyin olunacağı xəbərini alan hər iki ölkənin yığması meydana çıxmaqdan imtina edib. Buna baxmayaraq, komandalar sonda oynamağa razılıq veriblər. Görüş başlanmazdan öncə Qırğızıstan Respublikasının dövlət himni səsləndirilməyib. Qırğızıstanlı nümayəndə heyəti etiraz əlaməti kimi, oyundan sonra mətbuat konfransında və turnirin bağlanış mərasimində iştirak etməyərək, qarşılaşmadan dərhal sonra vətənlərinə dönüblər. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR