Bank Of Baku

Şakir Qəribov: “İlqar Nəbiyevin oyunu məni razı salmadı”

Şakir Qəribov: “İlqar Nəbiyevin oyunu məni razı salmadı”
# 13 mart 2007 10:12 (UTC +04:00)
“İlqar Nəbiyev olimpiya yığmasında özünü göstərə bilmədi. Onu növbəti hazırlıq prosesinə çağırıb-çağırmamağı hələ müəyyənləşdirməmişəm”. Bu sözləri “APA-Sport” agentliyinə açıqlamasında futbol üzrə Azərbaycanın olimpiya yığmasının baş məşqçisi Şakir Qəribov bildirib. Baş məşqçinin sözlərinə görə, Türkiyənin Super Liqa təmsilçisi “Kayserispor” klubunun əvəzedici komandasında çıxış edən 19 yaşlı yarımmüdafiəçi İ.Nəbiyev yığmada digər futbolçulardan fərqlənməyib: “İlqar “Neftçi” ilə yoxlama oyununda zədəli olduğundan meydana çıxmadı. “Gənclərbirliyi” ilə qarşılaşmada isə forma geyinsə də, özünü göstərə bilmədi. O, bir ildir “Kayserispor” klubunun əvəzedici komandasında çıxış edir. Xaricdə çıxış edən futbolçumuzun olması bizim üçün sevindiricidir. Ancaq İlqar oyunu ilə məni razı salmadı”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR