Bank Of Baku

Polşa Azərbaycan görüşünü izləmək üçün Bakıdan Varşavaya 25 azarkeş yollanacaq

Polşa  Azərbaycan görüşünü izləmək üçün Bakıdan Varşavaya 25 azarkeş yollanacaq
# 13 mart 2007 11:57 (UTC +04:00)
Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində Polşa Azərbaycan görüşünü izləmək üçün Bakıdan Varşavaya 25 azarkeş yollanacaq. Bu haqda “APA-Sport” agentliyinə milli komandamızın azarkeşlərinin Polşaya səfərini təşkil edən “FAMKO Travel” turizm şirkətinin baş meneceri Vüqar Hacıyev məlumat verib. V.Hacıyev bildirib ki, bir biletin qiyməti 403 manatdır. Bura viza, yol pulu, Varşavanın “Hyatt Regency” otelində qalmaq, gündə iki dəfə qidalanmaq və Polşa ilə oyunu izləmək daxildir. Biletlər azarkeşlərə turizm şirkəti tərəfindən martın 21-də veriləcək. Futbol həvəskarları səfərə milli komanda ilə birgə martın 23-də saat 09:00-da yollanacaqlar. Həmyerlilərimiz martın 25-də səhər saatlarında vətənə dönəcəklər.
Qeyd edək ki, Polşa Azərbaycan görüşü martın 24-də Varşava şəhərindəki “Legiya” stadionunda Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR