Bank Of Baku

“Neftçi” klubunun keçmiş futbolçusu Valentin Xlıstov dünyasını dəyişib

“Neftçi” klubunun keçmiş futbolçusu Valentin Xlıstov dünyasını dəyişib
# 13 mart 2007 13:27 (UTC +04:00)
1966-cı ildə “Neftçi” klubunun məşqçisi kimi SSRİ çempionatının bürünc medalını qazanmış Valentin Stepanoviç Xlıstov Rusiyanın paytaxtı Moskvada vəfat edib. “APA-Sport” agentliyinin məlumatına görə, 1927-ci ildə Bakıda doğulan V.Xlıstov uzun müddət “Neftçi” klubunun heyətində müdafiəçi mövqeyində çıxış edib. 1949 -1950-ci illərdə SSRİ çempionatında 53 oyun keçirib. Futbolçu karyerasını bitirdikdən sonra bir çox komandalarımızda, o cümlədən “Neftçi”də məşqçi, Naxçıvanın “Araz” və Bakının “Avtomobilçi” komandalarının baş məşqçisi olub. 1990-cı illərin əvvəllərində Rusiyaya köçən V.Xlıstov həyatının sonunadək Moskvada yaşayıb. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR