Bank Of Baku

AFFA maliyyə problemi ilə üzləşib

AFFA maliyyə problemi ilə üzləşib
# 13 mart 2007 16:01 (UTC +04:00)
17 və 19 yaşınadək qızlardan ibarət Azərbaycanın futbol yığma komandalarının Rusiyaya səfər planında dəyişiklik edilib. Yığmanın rəisi Telman Abdullayevin “APA-Sport” agentliyinə verdiyi məlumata görə, komandalarımız “Noginsk” turnirində iştirak etmək üçün Moskvaya martın sonlarında deyil, aprelin əvvəllərində yollanacaqlar. T.Abdullayev bildirib ki, təşkilatçılar milli komandalarımıza görə, beynəlxalq turnirin reqlamentində dəyişik ediblər: “Bizim müraciətimizdən sonra yarışın vaxtı artıq üçüncü dəfədir dəyişdirilir. AFFA-nın martın sonlarında yığmalarımızın səfərini təşkil etməyə maddi vəsaiti çatmır. Çünki həmin ərəfədə kişilərdən ibarət U-17, U-21 və əsas milli komanda da xaricə gedəcək. Buna görə, Rusiyaya aprelin 1-də yollanacağıq”. Qızlarımız birdövrəli sistem üzrə keçiriləcək “Noginsk” turnirində Rusiyanın güclülər dəstəsində mübarizə aparan “Çertanovo”, “Priolit”, “Nadejda Noginsk” və Moskvanın 1991-92-ci il təvəllüdlülərdən ibarət seçmə komandası ilə qarşılaşacaqlar. Şamil Heydərovun məşqçilik etdiyi U-17 və U-19 Moskva səfəri çərçivəsində “Rıbnaya” klubu ilə yoldaşlıq oyununda qüvvəsini sınayacaq. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR