Bank Of Baku

“Turan” klubunun sabiq qapıçısı Nizami Sadıqov ikinci dəfə İFFHS-in rekordlar siyahısına düşüb

“Turan” klubunun sabiq qapıçısı Nizami Sadıqov ikinci dəfə İFFHS-in rekordlar siyahısına düşüb
# 14 mart 2007 08:56 (UTC +04:00)
Azərbaycan yığmasının və Tovuzun “Turan” klubunun sabiq qapıçısı Nizami Sadıqov son 16 gündə ikinci dəfə Beynəlxalq Futbol Tarixi və Statistikası Federasiyasının (İFFHS) rekordlar siyahısına düşüb. İlk dəfə qoruduğu qapıdan 1106 dəqiqə top buraxmadığı üçün İFFSH-in siyahısına düşən N.Sadıqov bu dəfə qapıçı kimi vurduğu qolların sayına görə rekordçular sırasında yer alıb. “APA-Sport” agentliyinin məlumatına görə, həmyerlimiz İFFSH-in 10 qapıçı üçün açıqladığı sıralamada sonuncudur. N.Sadıqovun hesabında 21 qol var və bunlardan 12-ni penaltidən vurub. Ümumiyyətlə, Azərbaycan çempionatda 222 oyun keçirən N.Sadıqov qapıçı kimi 8 qol vurub. 26 görüşdə isə sahə oyunçusu kimi meydana çıxaraq 13 dəfə fərqlənib.
Hazırda “Neftçi” klubunda qapıçılarla məşqçi işləyən 40 yaşlı N.Sadıqovun düşdüyü rekordlar siyahısına 69 qolla Rojerio Seni (“San-Paulu”, Braziliya) başçılıq edir. Paraqvaylı Xose Luis Çilavert 62 qolla ikinci, kolumbiyalı Rene İquita 41 qolla üçüncü, meksikalı Xorxe Kampos 40 qolla dördüncü, almaniyalı Hans-Yorq Butt 28 qolla beşincidir. N.Sadıqovla yanaşı, cədvəldə Dimitar İvankov (Bolqarıstan, 25 qol), Marko Antonio Kornez (Çili, 24 qol) və Draqan Panteliç (Serbiya, 24 qol) də var.
Qeyd edək ki, İFFHS-in qol vuran qapıçılar siyahısına düşmək üçün minimum 15 qol vurmaq lazımdı. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR