Bank Of Baku

Azərbaycan millisinin Polşa və Finlandiya yığmaları ilə keçirəcəyi oyunlara heyəti martın 16-da açıqlanacaq

Azərbaycan millisinin Polşa və Finlandiya yığmaları ilə keçirəcəyi oyunlara heyəti martın 16-da açıqlanacaq
# 14 mart 2007 09:51 (UTC +04:00)
Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Polşa və Finlandiya yığmaları keçirəcəyi oyunlara heyəti martın 16-da açıqlanacaq. Bu haqda “APA-Sport” agentliyinə baş məşqçi Şahin Diniyev məlumat verib. Ş.Diniyev heyətə 20 futbolçunun çağıracağını bildirib. Baş məşqçinin heyəti martın 17-də və 18-də keçiriləcək qarşıdakı turun oyunlarından əvvəl açıqlaması səbəbsiz deyil. Belə ki, qarşıdakı iki rəsmi oyun üçün heyət martın 15-də UEFA-ya göndərilməlidir. Ş.Diniyev bildirib ki, millimizin martın 19-da səhər “Neapol” otelində bir araya gələcək: “Səfərə çıxmamış bir günlük hazırlığımız topsuz çalışmalar üzərində olacaq. Səhər bərpa prosesi, ardından dənizkənarı qaçışın keçirilməsi nəzərdə tutulub. Martın 20-də Polşaya yollanaraq hazırlığımızı orda davam etdirəcəyik”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR