Bank Of Baku

Azərbaycan FİFA-nın reytinq siyahısında 7 pillə irəliləyib

Azərbaycan FİFA-nın reytinq siyahısında 7 pillə irəliləyib
# 14 mart 2007 10:12 (UTC +04:00)
Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası milli komandaların yeni reytinq siyahısını dərc edib. “APA-Sport” agentliyinin məlumatına görə, sonuncu dünya çempionları İtaliya və Braziliyanı qabaqlayan Argentina iki pillə irəliləyərək, uzun fasilədən sonra reytinq cədvəlində birinci pilləyə yüksəlib. Hərəyə bir pillə geriləyən İtaliya ikinci, Braziliya üçüncü yerdədir. Azərbaycan yığması isə ötən ayla müqayisədə yeddi pillə irəliləyib. İndi komandamız 201 xalla 123-cü yerdədir. Yığmamızın Avropa çempionatının seçmə qrup mərhələsindəki rəqiblərindən ən yaxşı göstərici yenə 8-ci pillədə qərarlaşmış Portuqaliyaya məxsusdur. Polşa 24-cü, Serbiya 28-ci, Finlandiya 15-ci, Belçika 55-ci, Ermənistan 119-cu, Qazaxıstan isə 144-cü yerdədir. Postsovet məkanı ölkələrindən 11-ci yerdə məskunlaşan Ukrayna hamıdan öndədir. Türkiyə yığması isə bir pillə geriləyərək 27-ci yerə düşüb. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR