Bank Of Baku

Ermənistan Azərbaycanla Avropa çempionatının qrup seçmə oyununun neytral meydançada keçirilməsinə razılıq verib

Ermənistan Azərbaycanla Avropa çempionatının qrup seçmə oyununun neytral meydançada keçirilməsinə razılıq verib
# 15 mart 2007 08:53 (UTC +04:00)
Ermənistan Futbol Federasiyası yığma komandalarının Azərbaycan millisi ilə Avropa çempionatının qrup seçmə oyununun neytral meydançada keçirilməsinə razılıq verib. “APA-Sport” agentliyinin Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, sentyabrın 12-də İrəvanda keçirilməli olan görüş ya Ukraynanın Donetsk, ya da Odessa şəhərində təşkil oluna bilər. Ukrayna Futbol Federasiyasının (FFU) prezidenti Qriqori Surkis bu qarşılaşmanın ölkəsində təşkilinə dair ilkin razılıq verib. FFU-nun mətbuat xidməti oyunun Kiyevdə keçirilməməsinə səbəb kimi, həmin gün Ukrayna millisinin Avropa çempionatının qrup seçmə mərhələsi çərçivəsində İtaliya yığmasını qəbul etməsini göstərib. UEFA aprelin 12-də AFFA və EFF rəhbərliyinin iştirakı ilə keçiriləcək toplantıda görüşlərin harada təşkil olunacağı ilə bağlı qərar verməlidir. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR