Bank Of Baku

Ağasəlim Mircavadov: “Bakı” üzərində mütləq qələbə qazanmaq lazımdır”

Ağasəlim Mircavadov: “Bakı” üzərində mütləq qələbə qazanmaq lazımdır”
# 15 mart 2007 12:07 (UTC +04:00)
“Komandam “Bakı” ilə 20 gün ərzində üçüncü dəfə qarşılaşmalı olacaq. Eyni rəqiblə qısa müddətdə ardıcıl üç dəfə görüşmək heç də yaxşı hal deyil”. Bu sözləri “APA-Sport” agentliyinə açıqlamasında “Xəzər-Lənkəran” klubunun baş məşqçisi Ağasəlim Mircavadov bildirib. A.Mircavadov təqvimlə barışdığını bildirsə də, kubokda rəqibini üstələdiklərinə görə, psixoloji üstünlüyün komandasının tərəfində olması fikri ilə razılaşmadığını söyləyib: “Deməzdim ki, kubokda “Bakı” klubunu məğlub etdiyimizə görə, psixoloji üstünlük bizim tərəfimizdədir. Qarşıdakı görüş çempionat oyunudur və hər iki komandaya qələbə vacibdir. Turnir cədvəlindəki mövqeyimizi nəzərə alsaq, “Bakı” üzərində mütləq qələbə qazanmaq lazımdır. Rəqibimizi artıq bir dəfə öz meydanında məğlub etmişik. Kubokdakı göstəricini çempionatda da təkrarlamağa çalışacağıq”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR