Bank Of Baku

Azərbaycan yığması Polşaya beş legionerlə yollanacaq

Azərbaycan yığması Polşaya beş legionerlə yollanacaq
# 15 mart 2007 13:46 (UTC +04:00)
Yevlaxın “Karvan” klubunun braziliyalı yarımmüdafiəçisi Markus Fereyra Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Polşa və Finlandiya yığmaları ilə oyunlara çağırılmayıb. “APA-Sport” agentliyinin məlumatına görə, yığmanın qarşıdakı oyunlarına “Karvan” klubundan yalnız braziliyalı Ernani Pereyra dəvət edilib. M.Fereyradan fərqli, Qazaxıstana aparılan digər yeni legioner serbiyalı hücumçu Branimir Subaşiç milliyə dəvətlilər sırasında olacaq.
Qeyd edək ki, “Neftçi” klubundan B.Subaşiçlə yanaşı, ukraynalı Aleksandr Çertoqanov da yığmaya çağırılıb. “Bakı” klubunun millimizdəki braziliyalı oyunçuları Andre Ladaqa ilə Leandro Qomeş də qarşıdakı görüşlərə cəlb ediləcək. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR