Bank Of Baku

Şahin Diniyev milli komandaya daha bir yeni futbolçu çağırıb

Şahin Diniyev milli komandaya daha bir yeni futbolçu çağırıb
# 15 mart 2007 14:38 (UTC +04:00)
Azərbaycan milli komandasının baş məşqçisi Şahin Diniyev martın 24-də Varşavada Polşa, dörd gün sonra Bakıda Finlandiya yığmaları ilə keçirəcəyi Avropa çempionatının seçmə qrup oyunları üçün heyəti açıqlayıb. “APA-Sport” agentliyinin məlumatına görə, olimpiya yığmamızın sabiq futbolçusu Murad Ağakişiyev ilk dəfə yığmaya dəvət alıb. 22 yaşlı hücumçu həmklubu Saşa Yunisoğlu kimi, ilk dəfə rəsmi oyunda milli forma geymək imkanı qazanıb. Martın 7-dən 11-dək Qazaxıstanda keçirilən “Alma-TV kuboku” turnirinə aparılan futbolçulardan nigeriyalı müdafiəçi Usim Nduka (“Olimpik”), braziliyalı yarımmüdafiəçi Markus Fereyra (“Karvan”), 19 yaşlılardan ibarət yığmamıza çağırılan yarımmüdafiəçi Rahid Əmirquliyev (“Xəzər-Lənkəran”) qarşıdakı iki oyunda iştirak etməyəcəklər.
Qapıçılar: Cahangir Həsənzadə (“Qarabağ”), Fərhad Vəliyev (“İnter”).
Müdafiəçilər: Saşa Yunisoğlu (“MKT-Araz”), Zaur Həşimov (“İnter”), Samir Abbasov (“Qarabağ”), Ramin Quliyev (“Bakı”), Ernani Pereyra (“Karvan”).
Yarımmüdafiəçilər: Aslan Kərimov (“Qarabağ”), Emin İmaməliyev, Elmar Baxşıyev (hər ikisi “İnter”), İlqar Qurbanov, Ceyhun Sultanov (hər ikisi “Xəzər-Lənkəran”), Andre Luis Ladaqa (“Bakı”), Aleksandr Çertoqanov (“Neftçi”).
Hücumçular: Murad Ağakişiyev (“MKT-Araz”), Vüqar Nadirov (“Xəzər-Lənkəran”), Leandro Qomeş (“Bakı”), Vaqif Cavadov, Kənan Kərimov (hər ikisi “Qarabağ”), Branimir Subaşiç (“Neftçi”). /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR