Bank Of Baku

AFFA Branimir Subaşiçin yığmada oynaması üçün FİFA və UEFA-dan icazə alıb

AFFA Branimir Subaşiçin yığmada oynaması üçün FİFA və UEFA-dan icazə alıb
# 16 mart 2007 09:27 (UTC +04:00)
AFFA milli komandanın heyətinə çağırılan “Neftçi” klubunun serbiyalı hücumçusu Branimir Subaşiçlə bağlı FİFA və UEFA-ya müraciət edib. Yığmanın baş məşqçisi Şahin Diniyevin “APA-Sport” agentliyinə verdiyi məlumata görə, bu müraciətlər əsasında beynəlxalq futbol qurumlarından B.Subaşiçin milli komandamızda oynamasına icazə verilib. Ş.Diniyevin sözlərinə görə, FİFA və UEFA-dan gələn cavab məktubunda serbiyalı futbolçunun Azərbaycan yığmasının heyətinə cəlb olunmasının qanuna uyğunluğu qeyd edilib: “Biz işimizi qaydalara uyğun qurmağa çalışırıq. Legionerlərdən bəzilərinin öz ölkələrinin aşağı yaş qruplarından ibarət yığmalarında oynadıqlarını nəzərə alaraq, onlarla bağlı FİFA və UEFA-ya müraciət ünvanlanıb. Bu təşkilatlardan gələn yazılı cavablarda bütün legionerlərin, eləcə də, Subaşiçin milli komandamızda oynamasına icazə verilib. Dəqiqləşdirmə aparılmasaydı, rəsmi oyunlarda iştirak edən hansısa legionerə görə, gələcəkdə milli komandamız cəzalandırıla bilərdi”.
Qeyd edək ki, “milliləşdirilən” 10 futbolçudan ikisi - ukraynalı Aleksandr Çertoqanov və serbiyalı Branimir Subaşiç vaxtilə öz ölkələrinin aşağı yaş qruplarında çıxış ediblər. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR