Bank Of Baku

Arno Paypers: “Azərbaycanla oyundan sonra məni təbrik etdilər”

Arno Paypers: “Azərbaycanla oyundan sonra məni təbrik etdilər”
# 16 mart 2007 10:30 (UTC +04:00)
“Belçika və Azərbaycanla səfər oyunlarımızdan sonra məni əldə etdiyimiz heç-heçələrə görə təbrik etdilər. Oyunumuzu dəyərləndirdilər, mənimlə qürur duyduqlarını bildirdilər. Amma Polşa və Finlandiyaya uduzduğumuz görüşlərdən sonra tənqid etməyə başladılar”. “APA-Sport” agentliyinin məlumatına görə, bu fikirləri Qazaxıstan milli komandasının baş məşqçisi Arno Paypers bildirib. Hollandiyalı mütəxəssis Avropa çempionatının seçmə qrup mərhələsindəki ilk iki oyunda Belçika və Azərbaycan millisi ilə qarşılaşmalarda yaxşı nəticələrə nail olduqlarını vurğulayıb. Amma A. Paypers cari seçmə tsikldə ən yaxşı oyunlarını öz meydanlarında Polşa ilə görüşdə sərgilədiklərini bildirib: “Düzdür, uduzduq. Lakin rəqibimiz çox güclü idi. Ona görə də Polşaya 0:1 hesabı ilə məğlub olduğumuz görüşü Belçika ilə səfərdə 0:0 hesablı heç-heçə etdiyimiz görüşdən üstün tuturam. Amma hamı əksini düşünür. Çünki Belçika ilə oyunda nəticə əldə etmişdik”.
Qeyd edək ki, ötən il sentyabrın 6-da Bakıda keçirilmiş 2008-ci il Avropa çempionatının seçmə qrup oyununda Azərbaycan Qazaxıstanla 1:1 hesablı heç-heçə edib. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR