Bank Of Baku

Qurban Qurbanov: “Meydana çıxsaydım, “MKT-Araz” klubuna yenə qol vurmağa çalışardım”

Qurban Qurbanov: “Meydana çıxsaydım, “MKT-Araz” klubuna yenə qol vurmağa çalışardım”
# 16 mart 2007 12:00 (UTC +04:00)
Bu sözləri “APA-Sport” agentliyinə açıqlamasında “Neftçi” klubunun 35 yaşlı baş məşqçisi Qurban Qurbanov bildirib. Q.Qurbanov məşqçi kimi “MKT-Araz”la keçiriləcək qarşılaşmanın çətin olacağını söyləyib: “Çempionatımızın liderlərindən olan “MKT-Araz” klubunu turnir cədvəlində qabaqlamaq üçün mütləq məğlub etməliyik. Ancaq onu nəzərə almalıyıq ki, rəqibimiz çempionatda ən az top buraxan komandalardandır. İndiyədək cəmi beş top buraxıb. Bu, komandanın etibarlı müdafiə xəttinə malik olmasını göstərir. “MKT-Araz” müdafiəyə böyük diqqət yetirdiyindən bu komanda ilə oyunumuz heç də asan olmayacaq. Üstəlik, “MKT-Araz” ildən-ilə daha yaxşı çıxış edir. Bu komandanın ukraynalı çalışdırıcısı artıq Azərbaycandakı iş mühitinə uyğunlaşaraq, bir məşqçi kimi bacarığını göstərib”.
Qeyd edək ki, Q.Qurbanov futbolçu karyerası dövründə 2004-cü ildə İmişlidə “MKT-Araz” ilə görüşdə qələbə topunu vuraraq, rəqibini Azərbaycan çempionatında ilk məğlubiyyətlə barışdırıb. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR