Bank Of Baku

Hamlet İsaxanlı: “Məni İcraiyyə Komitəsinin iclasına çağırmayıblar”

Hamlet İsaxanlı: “Məni İcraiyyə Komitəsinin iclasına çağırmayıblar”
# 16 mart 2007 12:04 (UTC +04:00)
“Xəzər” Universitetinin rektoru Hamlet İsaxanlı bu gün üzvü olduğu AFFA-nın İcraiyyə Komitəsinin (İK) iclasında iştirak etməyib. Bu haqda “APA-Sport” agentliyinə H.İsaxanlının özü məlumat verib. O, toplantının işinə qatıla bilməməsini iclasın keçiriləcəyindən xəbərsiz olması ilə izah edib: “Adətən, Bakıda olduğum müddətdə İcraiyyə Komitəsinin bütün iclaslarına qatılıram. Elə indi də Bakıdayam. Amma bu dəfə iclasdan xəbərim olmayıb. Çünki məni AFFA-dan heç kim toplantıya çağırmayıb. Xəbər versəydilər, iştirak edərdim”. AFFA ilə münasibətlərinin normal olduğunu deyən H.İsaxanlı hər hansı şəxsi problemə görə iclasa dəvət almadığı ehtimallarını istisna edib. O, AFFA İK-nın iclasları ilə bağlı bir maraqlı faktı da qeyd edib: “Bəzən elə olur ki, hər hansı məsələyə, toplantıya qatılmayan üzvdən telefonla da münasibət öyrənirlər. Amma indi heç kim mənə zəng etmədi”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR