Bank Of Baku

AFFA İcraiyyə Komitəsinin bu günkü iclasında yetərsay olmayıb

AFFA İcraiyyə Komitəsinin bu günkü iclasında yetərsay olmayıb
# 16 mart 2007 12:35 (UTC +04:00)
AFFA İcraiyyə Komitəsinin (İK) bu günkü iclasında yetərsay olmayıb. “APA-Sport” agentliyinin məlumatına görə, toplantıya İK-nın 13 üzvündən yalnız altısı - AFFA prezidenti Ramiz Mirzəyev, vitse-prezident Elşad Nəsirov, habelə, Yaşar Sultanov, Kazbek Tuayev, Hafiz Məmmədov və Mirkamil Rəhimov qatılıb. Bakı Futbol Federasiyasının prezidenti Cahangir Hacıyev isə toplantıda müzakirə olunan məsələlərə münasibətini telefon vasitəsilə bildirib. Digər İK üzvlərindən birinci vitse-prezident Rauf Əliyev, eləcə də, Mübariz Pənahov, Natiq Əliyev, Əli Rəsulov, Hamlet İsaxanlı və fəaliyyəti dondurulmuş İsgəndər Cavadov iclasda iştirak etməyiblər.
Qeyd edək ki, AFFA Nizamnaməsinin 35-ci maddəsinin birinci bəndinə əsasən, İK, üzvlərinin 2/3-si olduğu halda, müzakirələrə başlaya bilər. Başqa sözlə, İK-nın 13 üzvündən ən azı 8-i iştirak etməli idi. Bununla belə, iclas keçirilib və AFFA-nın aprelin 26-da keçiriləcək XI konfransının gündəliyi müzakirə olunaraq qəbul edilib. Konfransın gündəliyinə aşağıdakı məsələlər daxil olunub:
1. 2006-cı ildə görülən işlərin hesabatı
2. Nəzarət-Təftiş Komitəsinin hesabatı
3. Müstəqil audit təşkilatının maliyyə hesabatı
4. 2007-ci il büdcə layihəsinin müzakirəsi
5. 2007-ci il üçün müstəqil audit təşkilatının müəyyənləşdirilib təsdiq edilməsi
6. Digər məsələlər
İclasda qərara alınıb ki, bu gündən sonra milli komandamızın üzvləri keçirdiyi rəsmi və yoldaşlıq görüşlərindəki heç-heçəyə görə 1000 manat, qələbəyə görə isə 2000 manat məbləğində mükafatlandırılsın. Gələn mövsümdən etibarən Azərbaycan çempionatının yüksək dəstəsində çıxış edən klublar AFFA-ya təqdim etdikləri sifariş ərizəsində yaşı 18-ə qədər olan futbolçular üçün üzvlük haqqı ödəməyəcəklər. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR