Bank Of Baku

Georgi Adamiya: “Azərbaycan çempionatının səviyyəsi Gürcüstanla müqayisədə daha yüksəkdir”

Georgi Adamiya: “Azərbaycan çempionatının səviyyəsi Gürcüstanla müqayisədə daha yüksəkdir”
# 19 mart 2007 09:02 (UTC +04:00)
“Gürcüstan milli komandasının rəhbərliyi, ümumiyyətlə, Azərbaycan çempionatına diqqət yetirmir. Bu səbəbdən yalnız məni yox, digər gürcü futbolçuları da izləmirlər. Fikrimcə, bu, çempionatın aşağı səviyyədə olması ilə bağlıdır”. Bu fikirləri “APA-Sport” agentliyinə açıqlamasında “Neftçi” klubunun gürcüstanlı yarımmüdafiəçisi Georgi Adamiya bildirib. Futbolçunun sözlərinə görə, Gürcüstan yığmasının rəhbərliyi səviyyəsi yüksək olan çempionatlardakı gürcüləri izləyirlər: “Amma bilmirlər ki, Azərbaycan çempionatının səviyyəsi Gürcüstanla müqayisədə daha yüksəkdir”. G.Adamiya Azərbaycan çempionatında çıxış edən gürcüstanlı futbolçuları, xüsusən, “Bakı”nın yarımmüdafiəçisi Aleksandr Qoqoberişvili və “Xəzər-Lənkəran”ın müdafiəçisi Valeri Abramidzeni öz ölkələrinin milli komandasında oynmağa layiq hesab edib. Gürcüstanın 21 yaşlılardan ibarət yığmasında çıxış etdiyinə görə, Azərbaycan millisində oynamasının mümkünsüzlüyünü bildirən G.Adamiya bildirib ki, Gürcüstan yığmasının hazırkı baş məşqçisi Klaus Topmöllerlə tanış deyil. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR