Bank Of Baku

“Neftçi” cari mövsümdə ilk dəfə turnir cədvəlində vahid liderliyə yüksəlib

“Neftçi” cari mövsümdə ilk dəfə turnir cədvəlində vahid liderliyə yüksəlib
# 19 mart 2007 09:17 (UTC +04:00)
XV Azərbaycan çempionatının 18-ci turunun oyunlarına yekun vurulub. Keçirilən altı oyunun ikisində meydan sahibləri, ikisində qonaqlar qələbə qazanıb, digər iki görüşdə qalib müəyyənləşməyib.
“MKT-Araz” klubunu cari mövsümdə ilk böyük hesablı məğlubiyyətlə barışdıran “Neftçi” çempionatda ilk dəfə turnir cədvəlində vahid liderliyi ələ keçirib. Bununla belə, “Xəzər-Lənkəran” çempionatın potensial lideri olaraq qalır. Çempionatın ikinci dövrəsində hələ qələbə qazana bilməyən “Xəzər-Lənkəran” klubunun “Bakı” ilə səfər oyunu 89-cu dəqiqədə baş verən insidentlə yadda qaldı. Nəticədə qarşılaşmanın baş hakimi Babək Quliyev “Bakı”nın seneqallı qapıçısı Xalidu Sissoko ilə “Xəzər-Lənkəran”ın gürcüstanlı müdafiəçisi Valeri Abramidzeyə qırmızı vərəqə göstərərək, hər ikisini meydandan qovub. Hesabat turunda ilk dəfə milliləşdirmiş futbolçular kimi meydana çıxan “Neftçi”nin serbiyalı hücumçusu Branimir Subaşiç və “Karvan” klubunun braziliyalı yarımmüdafiəçisi Markus Fereyra qolla, “Olimpik”in nigeriyalı müdafiəçisi Usim Nduka isə aldığı qırmızın vərəqə ilə yadda qalıb.

“Turan” “Karvan” - 2:4
Cavid Hüseynov, 45, Viktor İbokoyi, 64 Yakuba Bamba, 5, 55, Markus Fereyra, 14, Nazar Bayramov, 20.
“Olimpik” “Gənclərbirliyi” - 2:0
Nizami Hacıyev, 2, Pathe Banqura, 65,
“Bakı” “Xəzər-Lənkəran” - 0:0
“Gilan” “Şahdağ” - 0:0
“Simurq” “İnter” - 1:2
Sergey Seleznyov, 55 penaltiylə - Elmar Baxşıyev, 21, Tomas Rajanauskas, 33.
“Neftçi” “MKT-Araz” - 3:0
Branimir Subaşiç, 23, 90, Georgi Adamiya, 80.

Klub o q h m t x
1 Neftçi 16 10 3 3 28-10 33
2 Xəzər-Lənkəran 15 9 4 2 24-7 31
3 MKT-Araz 15 9 3 3 14-8 30
4 Karvan 16 9 3 4 27-18 30
5 Bakı 16 8 5 3 13-4 29
6 İnter 15 8 4 3 22-8 28
7 Olimpik 16 8 4 4 18-10 28
8 Turan 16 5 3 8 18-24 18
9 Qarabağ 15 4 6 5 13-15 18
10 Simurq 16 3 5 8 13-21 14
11 Gilan 16 2 3 11 9-30 9
12 Gənclərbirliyi 16 1 3 12 11-35 6
13 Şahdağ 16 0 6 10 7-27 6
Bombardirlər: Yakuba Bamba (Karvan), Zaur Ramazanov (Xəzər-Lənkəran) 10, Georgi Adamiya (Neftçi) 9.
Növbəti turun oyunları aprelin 2-də və 3-də keçiriləcək: “Şahdağ” “Simurq”, “MKT-Araz” “Olimpik”, “Xəzər-Lənkəran” “Gənclərbirliyi”, “Gilan” “Neftçi”, “İnter” “Turan”, “Qarabağ” “Bakı”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR