Bank Of Baku

Ermənistan Futbol Federasiyasının baş katibi Armen Minasyan: “Azərbaycanla oyunlarla bağlı mövqeyimiz dəyişməyib”

Ermənistan Futbol Federasiyasının baş katibi Armen Minasyan: “Azərbaycanla oyunlarla bağlı mövqeyimiz dəyişməyib”
# 19 mart 2007 11:23 (UTC +04:00)
“Azərbaycan-Ermənistan oyunları ilə bağlı bizim mövqeyimiz dəyişməyib. Biz təhlükəsizliyə yüksək səviyyədə zəmanət veririk və Azərbaycanı İrəvanda qəbul etmək istəyimizi bir daha bəyan edirik. Eyni zamanda, Bakıya getməyə də hazırıq”. “APA-Sport” agentliyinin məlumatına görə, bu sözləri Ermənistan Futbol Federasiyasının (EFF) icraçı-direktoru Armen Minasyan ölkə mətbuatına müsahibəsində deyib. A.Minasyan Avropa çempionatının seçmə mərhələsi çərçivəsində milli komandamızın bu ilin sentyabrında Ermənistanla qarşılaşmalarının keçiriləcəyi yerin aprelin 12-də müəyyənləşəcəyini bildirib: “Aprelin 12-də iki ölkənin futbol federasiyalarının prezidentləri və baş katibləri bu məsələni İsveçrənin Nyon şəhərində müzakirə edəcəklər. Həmin toplantıda qəbul olunacaq qərar bir neçə gündən sonra UEFA İcraiyyə Komitəsinin iclasında təsdiqlənəcək”. EFF rəsmisi UEFA prezidenti Mişel Platininin Gürcüstana səfəri zamanı verdiyi açıqlamaya münasibət bildirməyib: “Platinin fikirlərinə şərh vermək istəmirəm. Hər halda, hər iki ölkənin futbol qurumları öz təkliflərini UEFA-ya göndəriblər”.
Qeyd edək ki, M.Platini Gürcüstanda səfərdə olarkən Azərbaycan-Ermənistan oyunlarının neytral meydanda keçiriləcəyini söyləyib. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR