Bank Of Baku

Vaqif Sadıqov: “Futbolçu meydana çıxanda dərk etməlidir ki, 8 milyonluq xalqımız ondan nəticə gözləyir”

Vaqif Sadıqov: “Futbolçu meydana çıxanda dərk etməlidir ki, 8 milyonluq xalqımız ondan nəticə gözləyir”
# 19 mart 2007 13:44 (UTC +04:00)
“Fikrimcə, Məşqçilər Şurasının iclası çox səmərəli keçdi. Yığıncaqda Çimkənd turnirinin nəticələrindən və gələcək planlardan danışdıq”. Bu sözləri “APA-Sport” agentliyinə “Gənclərbirliyi” futbol klubunun vitse-prezidenti, milli komandamızın sabiq baş məşqçisi Vaqif Sadıqov bildirib. V.Sadıqovun sözlərinə görə, Məşqçilər Şurasının bugünkü iclasında əsas diqqət yığmamızın Avropa çempionatının seçmə mərhələsində martın 24-də Polşa ilə keçirəcəyi oyuna yönəldilib. Məşqçilər Polşa komandasını təhlil edərək, rəqibin oyun üslubuna uyğun taktikanın seçilməsinin vacibliyini vurğulayıblar. V.Sadıqov bildirib ki, qarşıdakı rəsmi matçda futbolçuların əzmkarlığından çox şey asılıdır: “Hamı kimi, mənim də Polşa ilə oyun barədə fikirlərim oldu. Rəqibi düzgün təhlil etmək vacib şərtlərdən biridir. Bundan başqa, Polşa ilə qarşılaşmada futbolçular əzmkarlıq nümayiş etdirməlidirlər. Məşqçi korpusu hansı sxemi seçirsə-seçşin, gərək meydançaya çıxan futbolçu meydana çıxanda dərk etməlidir ki, 8 milyonluq xalqımız ondan nəticə gözləyir”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR