Bank Of Baku

Ramiz Mirzəyev: “Uşaq futbolunun inkişafında klubların üzərinə böyük məsuliyyət düşür”

Ramiz Mirzəyev: “Uşaq futbolunun inkişafında klubların üzərinə böyük məsuliyyət düşür”
# 19 mart 2007 14:08 (UTC +04:00)
AFFA prezidenti Ramiz Mirzəyev Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsində Polşa və Finlandiya yığmaları ilə keçirəcəyi oyunlarının videoyazısının müzakirə olunması üçün Məşqçilər Şurasının hər bir üzvünə təqdim edilməsi ilə bağlı tapşırıq verib. “APA-Sport” agentliyinin məlumatına görə, Məşqçilər Şurasının bugünkü iclasında iştirak edən Ramiz Mirzəyev ölkə futbolunun mövcud durumu ilə bağlı söylədiyi fikirlərində uşaq futbolunun inkişafında klubların üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edib: “Uşaq futbolunun inkişafında klubların üzərinə böyük məsuliyyət düşür”. AFFA prezidenti bildirib ki, milli komandanın taleyi təkcə baş məşqçisindən yox, Azərbaycan çempionatının yüksək liqasında çıxış edən klubların da çalışdırıcılarından asılıdır. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR