Bank Of Baku

Valentin Xodukin: “Milli komandanın taleyinə görə, AFFA və klublar cavabdehdir”

Valentin Xodukin: “Milli komandanın taleyinə görə, AFFA və klublar cavabdehdir”
# 19 mart 2007 15:04 (UTC +04:00)
“İlk dəfə iştirak etdiyim Məşqçilər Şurasının iclası ilə bağlı yaxşı təəssüratlarım yarandı”. Bu sözləri “APA-Sport” agentliyinə açıqlamasında “İnter” klubunun baş məşqçisi Valentin Xodukin bildirib. Ukraynalı çalışdırıcının sözlərinə görə, belə toplantılar mütəmadi keçirilməlidir: “Başa düşməliyik ki, millinin taleyinə görə, yalnız baş məşqçi məsuliyyət daşımır. Milli komandaya görə ölkə, AFFA, klublar cavabdehdir. Biz milli ilə bağlı məsələlərə açıq gözlə baxıb, yığmadakı oyunçularla bağlı bizə verilən tapşırıqları məsuliyyətlə yerinə yetirməliyik”. V.Xodukin millimizin qarşıdakı oyunları ilə bağlı fikir bildirərkən, Polşa yığması haqda xüsusi danışıb. Ukraynalı mütəxəssis bu ölkənin ona yaxşı tanış olduğunu qeyd edib: “Mən Ukraynanın Lvov şəhərində yaşayıram və evim Polşa ilə sərhəddən 60 kilometr məsafədə yerləşir. Polşalıların oyununu mənə yaxşı tanış olduğundan, Azərbaycan yığmasına qarşıdakı görüşdə öz tövsiyələrini bildirdim. Polşalıların oyun üslubu britaniyalılara xasdır. Polşa millisi hava mübarizəsində yaxşı oyunu ilə seçilən komandadır. Həmçinin, Polşa millisinin cinahlardan hücumları təhlükəli olur. Azərbaycan yığması Polşa ilə qarşıdakı oyunda buna xüsusi diqqət yetirməlidir”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR