Bank Of Baku

Polşa yığmasının baş məşqçisi: “Bizi Azərbaycanla çətin oyun gözləyir”

Polşa yığmasının baş məşqçisi: “Bizi Azərbaycanla çətin oyun gözləyir”
# 19 mart 2007 15:07 (UTC +04:00)
Martın 24-də Avropa çempionatının seçmə qrup oyununda Azərbaycan milli komandası ilə görüşəcək Polşa yığmasının heyətində dəyişiklik edilib. “APA-Sport” agentliyinin məlumatına görə, “Korona” klubunun müdafiəçisi Pavel Qolyanski martın 17-də “Lex”lə keçirilən Polşa çempionatı matçında zədələnib. Baş məşqçi Leo Beenhaker P. Qolyanskinin əvəzinə heyətə gənclərdən ibarət yığma komandadan Qrjeqorj Bartçakı çağırıb. L.Beenhaker yerli mətbuata açıqlamasında qarşıdakı oyun barədə bunları deyib: “Ötən seçmə tsikldə Polşa Azərbaycan üzərində 8:0 hesablı qələbə qazanıb. Lakin düşünmürəm ki, bu dəfə oyun bizim üçün asan keçəcək. Rəqib əcnəbi futbolçuları milliləşdirməklə xeyli dəyişib. Fikrimcə, bu, müasir futbolda normal haldır. Ona görə də bizi çətin oyun gözləyir”.
Qeyd edək ki, polşalılar yığmamızla oyuna martın 23-dək Vronski şəhərində hazırlaşacaqlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR