Bank Of Baku

Polşa Azərbaycan görüşünün hakimi dəyişdirilib

Polşa  Azərbaycan görüşünün hakimi dəyişdirilib
# 19 mart 2007 15:33 (UTC +04:00)
Azərbaycanın futbol milli komandasının martın 24-də Polşa yığması ilə görüşün keçiriləcəyi şəhərin ardınca, qarşılaşmanın hakimləri də dəyişdirilib. Bu haqda “APA-Sport” agentliyinə AFFA Hakimlər Komitəsinin üzvü Asim Xudiyev məlumat verib. A.Xudiyevin sözlərinə görə, UEFA bu qarşılaşmanı idarə etməyi islandiyalı hakimlər briqadasına həvalə edib. A.Xudiyev bildirib ki, UEFA AFFA-ya göndərdiyi faksda hakimin dəyişdirilməsinin səbəbini göstərməyib. Oyunun baş hakimi təyin edilən Kristin Yakobssona Qunnar Qunnarsson, Siqurdur Torlefsson və Yohannes Valqerisson yardımçı olacaq. 38 yaşlı K.Yakobsson artıq 10 ildir FİFA hakimi sayılır.
Qeyd edək ki, UEFA ilkin olaraq, Polşa - Azərbaycan oyununa bolqarıstanlı Anton Qenovu başçılıq etdiyi briqadanı təyin etmişdi. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR