Bank Of Baku

Polşa - Azərbaycan 5:0

Polşa - Azərbaycan 5:0
# 24 mart 2007 20:19 (UTC +04:00)
Hesab 2-ci dəqiqədə açılıb. Meydan sahiblərinin 6 nömrəli fotbolçusu Yaçek Bak komandasını irəli çıxarıb. Onun ardınca 5 dəqiqədə 2 nömrəli oyunçu Dariuş Dudka hesabı artırıb. 1-ci hissənin sonuncu qolunu isə 33 dəqiqədə Voyçek Lobodzincki vurub. 2-ci hissədə polyaklar daha iki dəfə fərqləniblər. 58-ci dəqiqədə 8 nömrəli futbolçu Yatsek Krjnovek, 83-cü dəqiqədə isə ikinci hissədə meydana çıxmış 16 nömrəli futbolçu Kajmeyrçak topu yığmamızın qapısından keçirib. İslandiyalı hakim Kristin Yakobsenin idarə etdiyi oyunda Azərbaycan yığması rəqib qapısı qarşısında bir təhlükəli vəziyyət belə yarada bilməyib. Yığmaya cəlb edilmiş legionerlər də yerli futbolçulardan heç nə ilə fərqlənməyiblər. Futbolçularımız yalnız biabırçı səhvlər və sarı vərəqə almaları ilə yadda qalıblar. 1-ci hissədə hakim Azərbaycan yığmasının 21 nömrəli oyunçusu Kənan Kərimova (29-cu dəq.), 2-ci hissədə isə 18 nömrəli oyunçu İlqar Qurbanovla (60-cı dəq.) Vaqif Cavadova (77-ci dəq.) sarı vərəqə göstərib. Bununla da, Azərbaycan yığması növbəti biabırçılığı rəsmiləşdirib 0:5. Qeyd edək ki, sonuncu dünya çempionatının seçmə qrup mərhələsində Azərbaycan yığması “Legia” stadionunda Polşa yığmasına 8:0 hesabı ilə məğlub olmuşdu.
Yığmamız Avropa çempionatının seçmə qrup mərhələsində növbəti oyununu martın 28-də Bakıda Finlandiya yığmasına qarşı keçirəcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR