Bank Of Baku

Azərbaycan yığması Polşaya yenə böyük hesabla uduzub

Azərbaycan yığması Polşaya yenə böyük hesabla uduzub
# 27 mart 2007 08:24 (UTC +04:00)
Azərbaycanın futbol milli komandası 2007-ci ildə ilk rəsmi oyununda böyük hesabla məğlub olub. “APA-Sport” agentliyinin məlumatına görə, yığmamız martın 24-də Varşavada Polşa yığması ilə görüşdə 0:5 hesabı ilə uduzub. Komandamızın qapısından qolları Yatsek Bak (2-ci dəqiqə), Dariuş Dudka (5), Votsex Lobodzinski (33), Yatsek Krjınovek (58) və Prjemislav Kazmirçak (84) keçirib. Bununla da, millimiz tarixində rəsmi oyunlarda ilk xalını qazandığı polşalılarla beşinci görüşündə də qol vura bilməyib. Qeyd edək ki, Azərbaycanın Polşa yığması ilə 1996-cı il Avropa çempionatının seçmə mərhələsindəki oyunları qolsuz bərabərlik və 0:1 hesablı məğlubiyyəti ilə nəticələnib. İki il əvvəl dünya çempionatının seçmə mərhələsində isə yığmamız polşalılarla hər iki oyunda böyük hesabla (0:8 və 0:3) məğlub olub. Beş oyundan sonra bir xalla qrup autsayderi olan Azərbaycan millisi növbəti görüşünü sabah öz meydanında Finlandiya millisinə qarşı keçirəcək. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR