Bank Of Baku

Azərbaycanın 17 yaşlılardan ibarət yığma komandası Avropa çempionatının ikinci seçmə mərhələsində keçirdiyi hər iki oyunda məğlub olub

Azərbaycanın 17 yaşlılardan ibarət yığma komandası Avropa çempionatının ikinci seçmə mərhələsində keçirdiyi hər iki oyunda məğlub olub
# 27 mart 2007 08:39 (UTC +04:00)
Futbol üzrə 17 yaşlılardan ibarət Azərbaycan yığma komandası Bosniya və Herseqovinada keçirilən 2007-ci il Avropa çempionatının ikinci seçmə mərhələsində keçirdiyi hər iki oyunda məğlub olub. “APA-Sport” agentliyinin məlumatına görə, Yaşar Vahabzadənin baş məşqçisi olduğu millimiz martın 23-də keçirdiyi ilk görüşdə Serbiyaya 1:5 hesabı ilə uduzub. Komandamızın yeganə qolunun müəllifi 36-cı dəqiqədə penaltidən fərqlənən Emin Mustafayev olub. Qeyd edək ki, bu, 17 yaşlılardan ibarət yığmamızın tarixində ən böyük hesabla məğlubiyyəti olub. Qrupda ikinci oyununda İngiltərə ilə qarşılaşan yığmamız 0:1 hesabı ilə yenilib. Artıq oyunun 6-cı dəqiqəsində qırmızı vərəqə alaraq meydandan qovulan futbolçusuna görə, azlıqda qalmasına baxmayaraq, İngiltərə 48-ci dəqiqədə qələbə topunu vurub. İki oyundan sonra Bosniya və Herseqovina yığması ilə qrupda 3-4-cü pillələri bölüşdürən komandamız rəqibini topların daha yaxşı fərqinə görə qabaqlayır. Yığmamız qrupda sonuncu oyununu sabah meydan sahiblərinə qarşı keçirəcək. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR