Bank Of Baku

Polşa ilə oyundan sonra Azərbaycan yığmasının futbolçuları Emin İmaməliyevlə Ernani Pereyra dopinq-testdən keçiblər

Polşa ilə oyundan sonra Azərbaycan yığmasının futbolçuları Emin İmaməliyevlə Ernani Pereyra dopinq-testdən keçiblər
# 27 mart 2007 08:44 (UTC +04:00)
Martın 24-də Avropa çempionatının seçmə mərhələsində Polşa ilə keçirilən oyundan sonra Azərbaycan milli komandasının futbolçuları Emin İmaməliyev və Ernani Pereyra dopinq-testdən keçiblər. Bu haqda “APA-Sport” agentliyinə Azərbaycan millisinin həkimi Ramiz Kərimov məlumat verib. R.Kərimovun sözlərinə görə, futbolçulardan götürülən analizlərin nəticələri gələn ay məlum olacaq: “Eminlə Ernanidən götürülən analizlər Almaniya Antidopinq Laboratoriyasına göndərilib. Analizlərin nəticələri aprelin ortalarında açıqlanacaq”.
Qeyd edək ki, ötən ilin oktyabrın 11-də keçirilən Belçika - Azərbaycan matçından sonra yığmamızın “milliləşdirilmiş” müdafiəçisi Sergey Sokolovdan götürülən analiz müsbət nəticə vermişdi. Qanında istifadəsi qadağan olunmuş betametazon preparatı tapıldığından S.Sokolov UEFA tərəfindən 18 ay cəzalandırılıb. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR