Bank Of Baku

Finlandiya yığmasının baş məşqçisi Roy Hocson: “Azərbaycanla oyunda erkən qol vurmağa çalışacağıq”

Finlandiya yığmasının baş məşqçisi Roy Hocson: “Azərbaycanla oyunda erkən qol vurmağa çalışacağıq”
# 27 mart 2007 09:02 (UTC +04:00)
“Azərbaycan yığması haqqında dolğun məlumata malik deyiləm. Bununla belə, rəqibin bizə qarşı ciddi müqavimət göstərəcəyini təxmin etmək çətin deyil. Çünki Azərbaycan komandasına meydan və azarkeş amili kömək ola bilər”. “APA-Sport” agentliyinin məlumatına görə, bu fikirləri Avropa çempionatının seçmə qrup mərhələsində milli komandamızın sabahkı rəqibi Finlandiya yığmasının baş məşqçisi Roy Hocson söyləyib. Onun sözlərinə görə, komandası Bakıda təşkil olunacaq matçda qələbə qazanmağa çalışacaq: “Bu oyunda qalib gəlmək istəyimiz böyükdür. Azərbaycan komandasının qapısına erkən qol vurmağa çalışacağıq. Qələbədən başqa, digər nəticə isə bizim üçün faciə sayılmayacaq”. R.Hocson bildirib ki, Finlandiya komandasının heyətində Veli Lampi, İiro Aalton və Ari Nyuman zədəli olduqlarından Bakıya gətirilməyib. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR