Bank Of Baku

Valentin Xodukin: “Azərbaycan yığması Varşavadakı nəticədən böyük zərbə alıb və hazırda sarsıntı içərisindədir”

Valentin Xodukin: “Azərbaycan yığması Varşavadakı nəticədən böyük zərbə alıb və hazırda sarsıntı içərisindədir”
# 27 mart 2007 13:21 (UTC +04:00)
“Azərbaycan yığmasına qarşıdakı oyun öncəsi böyük təzyiq göstərmək düzgün deyil”. Bu sözləri “APA-Sport” agentliyinə açıqlamasında Bakının “İnter” klubunun baş məşqçisi Valentin Xodukin bildirib. Ukraynalı mütəxəssisin sözlərinə görə, hazırda millimizin mənəvi dəstəyə böyük ehtiyacı var: “Azərbaycan yığmasına mənəvi dəstək vermək lazımdır. Başa düşürəm, Polşada çox zəif oyundan və böyük hesablı məğlubiyyətdən sonra milli komanda tənqid olunmalıdır. Ancaq qarşıdakı Finlandiya ilə çətin oyunun olduğunu nəzərə almaq lazımdır. Azərbaycan yığmasının, baş məşqçi Şahin Diniyevin üstünə düşməklə heç nəyə nail olmayacağıq. Onsuz da komanda Polşadakı üzüçü nəticədən böyük zərbə alıb və hazırda mənəvi sarsıntı içərisindədir”. V.Xodukin millidəki həmkarının halına acıyaraq, onun seçim baxımdan çətin vəziyyətdə olduğunu vurğulayıb. Ukraynalı mütəxəssis heyətdəki dəyişikliklərin zəruri olduğunu bildirməklə yanaşı, qarşıya çıxan problemləri də qeyd edib: “Diniyev qarşıdakı oyuna kənardan əlavə oyunçular cəlb edə bilməz. Çünki UEFA-ya göndərilən iştirak ərizəsində dəyişikliklərə cəlb etməyə icazə verilmir. Halbuki, futbolçuların psixoloji durumunu nəzərə alsaq, yeni nəfəsə ehtiyac var. Finlandiya ilə sabahkı oyunda psixoloji amil böyük rol oynayacaq. Allah eləməsin ki, finlandiyalılar qol vursun. Bu halda, onların qarşısında duruş gətirmək çətin olacaq. Azərbaycan yığması yenə də məğlub olmamaq üçün qol buraxmamağa səy göstərəcək və qapısında top gördükdən sonra daha da ruhdan düşəcək”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR