Bank Of Baku

“Sevinc Kuboku” uğrunda futbol üzrə zona birinciliyi sona çatıb

“Sevinc Kuboku” uğrunda futbol üzrə zona birinciliyi sona çatıb
# 27 mart 2007 15:26 (UTC +04:00)
“Sevinc Kuboku” uğrunda 1991-1992-ci il təvəllüdlü gənclər arasında futbol üzrə zona birinciliyi sona çatıb. Bu barədə APA-nın qərb bürosuna Gəncə Gənclər və İdman İdarəsinin rəisi Möhsün Hüseynov verib. Onun sözlərinə görə, yarışlara qərb bölgəsinin 6 komandası qatılıb. Tovuz, Samux, Goranboy, Xanlar və Gəncənin iki komandası zona birinciliyi uğrunda mübarizə aparıb. Turnirin sonunda Tovuz futbolçuları bütün komandalara qalib gələrək, birinci pilləyə yüksəliblər. “Sevinc Kuboku”nun respublika birinciliyinə isə tovuzlularla yanaşı, Goranboyun komandası da vəsiqə qazanıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR