Bank Of Baku

Azərbaycanın futbol veteranları prezident İlham Əliyevə müraciət etməyə hazırlaşırlar

Azərbaycanın futbol veteranları prezident İlham Əliyevə müraciət etməyə hazırlaşırlar
# 27 mart 2007 15:27 (UTC +04:00)
Azərbaycanın futbol veteranları milli komandamızın Avropa çempionatının seçmə qrup oyununda Polşaya 0:5 hesablı məğlubiyyətini dərin hiddətlə qarşılayıblar. Bu haqda “APA-Sport” agentliyinə “Neftçi” Veteranları Futbol Klubunun prezidenti Oqtay Abdullayev məlumat verib. O.Abdullayevin sözlərinə görə, hazırda yığma komandamız ciddi böhrandadır və vəziyyətdən çıxış yolu tapmaq üçün veteranlar yığışıb müzakirə aparacaqlar: “Finlandiya ilə oyunda da millimiz uğursuzluğa düçar olsa, digər veteranlarla bir araya gəlib konkret qərar qəbul edəcəyik. Ola bilsin, ölkə prezidenti İlham Əliyevə və Gənclər və İdman Nazirliyinə müraciət etdik”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR