Bank Of Baku

Azərbaycan - Finlandiya görüşünə 1584 bilet satılıb

Azərbaycan - Finlandiya görüşünə 1584 bilet satılıb
# 27 mart 2007 15:27 (UTC +04:00)
Sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan - Finlandiya matçına bu günədək 1584 bilet satılıb. “APA-Sport” agentliyinin məlumatına görə, futbol azarkeşləri təxminən 1200 ədəd 1 manatlıq bilet alıblar. Stadionun kassasında satılan digər biletlərdən ən ucuzu 2 manat, ən bahası isə 10 manatadır. Ümumiyyətlə, oyun üçün 27 min bilet sifariş olunub. Finlandiyalı tamaşaçılara 15-i VİP sektoruna olmaqla, 140 bilet ayrılıb. Rəqib komandanın azarkeşləri 15-ci sektorda yerləşdiriləcəklər. Bilet satışından əldə olunan gəlirin 10 faizi stadionun rəhbərliyinə çatacaq. Sabah kassada bilet satışı saat 09:00-dan etibarən başlanacaq. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR