Bank Of Baku

Polşa yığmasının məşqçisi: “Ermənistan millisi Azərbaycan yığmasından güclüdür”

Polşa yığmasının məşqçisi: “Ermənistan millisi Azərbaycan yığmasından güclüdür”
# 27 mart 2007 16:20 (UTC +04:00)
“Ermənistan millisi Azərbaycan yığmasından güclüdür. Ona görə də ermənilərlə sabah keçirəcəyimiz oyun bizim üçün daha vacibdir. İstənilən halda, komandamız üç xalı qazanmalıdır. Bu səbəbdən də ermənilərlə görüşdə yalnız qələbə üçün oynayacağıq”. “APA-Sport” agentliyinin məlumatına görə, bu fikirləri Polşa milli komandasının məşqçisi Dariuş Dziekanovski söyləyib. Qeyd edək ki, Şahin Diniyevin rəhbərlik etdiyi komandamız martın 24-də Varşavada Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində Polşa yığmasına 0:5 hesabı ilə məğlub olub. Hollandiyalı məşqçi Leo Beenhakerin rəhbərlik etdiyi Polşa yığması sabah Ermənistanla qarşılaşacaq. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR