Bank Of Baku

Leo Beenhakker: “Azərbaycanla oyundan sonra nikbin olmamaq, sadəcə mümkünsüzdür”

Leo Beenhakker: “Azərbaycanla oyundan sonra nikbin olmamaq, sadəcə mümkünsüzdür”
# 28 mart 2007 09:25 (UTC +04:00)
“Ermənistan millisi Azərbaycandan qat-qat güclüdür. Britaniyalı məşqçi Yan Porterfildin dəsti-xətti hiss olunur. Onun gördüyü işi sezməmək mümkün deyil. Erməni futbolçular güclü, sürətli və qətiyyətlidirlər. Onlar Avropa üslubunda oynayırlar və güclü komandalar qarşısında kompleks yaşamırlar. Bu səbəbdən də çox diqqətli olmalıyıq”. Bu fikirləri Polşa mətbuatına açıqlamasında bu ölkənin futbol millisinin baş məşqçisi Leo Beenhakker söyləyib. Hollandiyalı mütəxəssisin sözlərinə görə, Azərbaycanla oyundan sonra futbolçularının əhval-ruhiyyəsi çox yüksəkdir: “Azərbaycan millisi ilə oyundan sonra nikbin olmamaq, sadəcə mümkünsüzdür. Yaxşı nəticə var və ermənilərlə görüşə də yüksək əhval-ruhiyyədə çıxmalıyıq. Fikrimcə, komandam qarşıya qoyulan vəzifənin öhdəsindən gələcək”.
Qeyd edək ki, martın 24-də Azərbaycanı Varşavada 5:0 hesabı ilə məğlub edən Polşa yığması bu gün Ermənistanla qarşılaşacaq. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR