Bank Of Baku

Azərbaycanın olimpiya yığması Belarusa böyük hesabla uduzub

Azərbaycanın olimpiya yığması Belarusa böyük hesabla uduzub
# 28 mart 2007 09:59 (UTC +04:00)
Şakir Qəribovun baş məşqçi kimi Azərbaycanın olimpiya yığma komandasında debütü böyük hesablı məğlubiyyətlə nəticələnib. “APA-Sport” agentliyinin məlumatına görə, millimiz Belarusla yoldaşlıq görüşündə 0:3 hesabı ilə uduzub. Belarusun Pinsk şəhərinin “Volna” stadionunun süni örtüklü meydançasında keçirilən və yerli hakim Aleksey Kulbakovun idarə etdiyi oyunda yığmamızın qapısından topları Dmitri Komarovski (36-cı dəqiqə), Aleksey Kuçuk (57-ci dəqiqə) və Sergey Avramçikov (79-cu dəqiqə) keçirib. Yuri Kurneninin çalışdırdığı Belarusun olimpiya yığması bundan əvvəl Litva millisi ilə keçirdiyi yoldaşlıq görüşündə də üç top fərqi (5:2) ilə qələbə qazanıb. Olimpiya yığmamız sabah Bakıya qayıdacaq. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR