Bank Of Baku

İqor Ponomaryov: “Komandamı yeni mövsümə hazır sayıram”

İqor Ponomaryov: “Komandamı yeni mövsümə hazır sayıram”
# 28 mart 2007 11:44 (UTC +04:00)
“Komandamı yeni mövsümə hazır sayıram”. Bu sözləri “APA-Sport” agentliyinə açıqlamasında Rusiyanın “Maşuk-KMV” klubunun baş məşqçisi İqor Ponomaryov bildirib. Futbol üzrə yeganə azərbaycanlı olimpiya çempionu olan İ.Ponomaryov qarşıdakı çempionata nikbin baxsa da, üzləşdiyi çətinlikləri də qeyd edib: “Mövsümlərarası fasilədə bir neçə yoxlama oyunu keçirsək də, yalnız birində hazırkı heyətlə çıxış etdik. Bu, “Anji” üzərində 2:1 hesabı ilə qələbə qazandığımız son sınaq matçı olub. Belə olan halda, komandamda anlaşma ilə bağlı problemlərimiz var. Ancaq bu, çempionatda çıxışımızla bağlı bədbinliyə qapılmağa əsas vermir”. İ.Ponomaryov çempionatda qarşıya qoyulan vəzifənin müəyyənləşdiyini bildirib. Həmvətənimiz ilk onluğa düşmək uğrunda mübarizə aparacaqlarını vurğulayıb: “Fikrimcə, klub rəhbərliyinin qarşımıza qoyduğu vəzifəni yerinə yetirmək iqtidarındayıq. Düzdür, birinci dəstənin liderləri ilə müqayisədə klubumuzun büdcəsi məhduddur. Komandaya bir neçə yerli hökumət təşkilatları kömək göstərsə də, əsas ağırlıq iş adamı olan prezidentimiz Aleksandr Saxtaridinin üzərinə düşür. O, şərikləri ilə birgə klubun büdcəsinin əsasını formalaşdırır”.
Qeyd edək ki, ötən mövsümdən Rusiya çempionatının birinci dəstəsində çıxış edən Pyatiqorskun “Maşuk-KMV” klubu debüt ilində yerini qorumaq uğrunda mübarizə apararaq çempionatı 13-cü yerdə başa vurub. Yeni çempionatın açılışını bu gün edən “Maşuk-KMV” debütant İrkutskun “Zvezda” komandasını qəbul edəcək. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR