Bank Of Baku

Şahin Diniyev milli komandanın Polşaya məğlubiyyəti ilə bağlı AFFA-da hesabat verib

Şahin Diniyev milli komandanın Polşaya məğlubiyyəti ilə bağlı AFFA-da hesabat verib
# 28 mart 2007 14:27 (UTC +04:00)
Bu gün AFFA-nın mənzil-qərargahında Azərbaycan milli komandasının baş məşqçisi Şahin Diniyevin rəhbərliyi altında Məşqçilər Şurasının iclası keçirilib. “APA-Sport” agentliyinin məlumatına görə, iclasda Ağasəlim Mircavadov (“Xəzər-Lənkəran”), Əsgər Abdullayev (“Olimpik”), Yunis Hüseynov (“Karvan”), Rasim Kara (“Qarabağ”), Valentin Xodukin (“İnter”) və “Gənclərbirliyi” klubunun vitse-prezidenti Vaqif Sadıqovla yanaşı, ilk dəfə Qurban Qurbanovla (“Neftçi”) və İqor Nakoneçnı (“MKT-Araz”) iştirak ediblər. AFFA prezidenti Ramiz Mirzəyev və baş katib Fuad Əsədovun da iştirak etdiyi iclasda Ş.Diniyev millinin Polşa yığması ilə görüşü haqda məlumat verdikdən sonra Finlandiya ilə bu gün keçiriləcək görüşdə tətbiq olunacaq taktiki gedişlər və start heyəti ilə bağlı fikirlərini bildirib. İclasda iştirak edən məşqçilərin fikirlərini dinlənildikdən sonra yekun fikir müəyyənləşib. Milli komandanın psixoloji durumun yüksəltmək üçün oyundan əvvəl Məşqçilər Şurasının bütün üzvlərinin futbolçularla görüşü nəzərdə tutulub. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR