Bank Of Baku

Azərbaycanın 17 yaşlılardan ibarət yığma komandası Bosniya və Herseqovina üzərində qələbə qazanıb

Azərbaycanın 17 yaşlılardan ibarət yığma komandası Bosniya və Herseqovina üzərində qələbə qazanıb
# 28 mart 2007 16:20 (UTC +04:00)
Futbol üzrə Azərbaycanın 17 yaşlılardan ibarət yığma komandası bu gün 2007-ci il Avropa çempionatının ikinci qrup seçmə mərhələsi çərçivəsində sonuncu görüşünü keçirib. “APA-Sport” agentliyinin məlumatına görə, Bosniya və Herseqovinada təşkil olunan oyunlarda yığmamız qrup autsayderi olan meydan sahibləri ilə görüşüb və 1:0 hesabı ilə qələbə qazanıb. Bu, qrupda keçirdiyi ilk iki oyunda Serbiyaya 1:5, İngiltərəyə 0:1 hesabı ilə uduzan yığma komandamızın ilk qələbəsi olub. Üç oyundan üç xal toplayan Yaşar Vahabzadənin yetirmələri qrupda üçüncü yeri tutub. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR