Bank Of Baku

Şahin Diniyev: “Qələbəni təsadüf nəticəsində qazanmadıq”

Şahin Diniyev: “Qələbəni təsadüf nəticəsində qazanmadıq”
# 29 mart 2007 08:19 (UTC +04:00)
“Biz Finlandiyaya uduza da bilərdik. Amma qələbəni təsadüf nəticəsində qazandığımızı düşünmürəm. 90 dəqiqə ərzində komanda vuruşursa, qələbə təsadüfi ola bilməz”. “APA-Sport” agentliyinin məlumatına görə, bu fikirləri Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində Finlandiya ilə qarşılaşmadan sonra keçirilən mətbuat konfransında Azərbaycanın futbol milli komandasının baş məşqçisi Şahin Diniyev deyib. Baş məşqçi ötən həftə Polşa yığmasına məğlubiyyətin ardından milli komanda üzvlərinin psixoloji sarsıntı keçirdiyini bildirib: “Jurnalistlər məni sevmir, nifrət bəsləyirlər. Hamı Polşaya 0:5 hesablı məğlubiyyəti mənim boynuma yıxdı. Kimin damarında azərbaycanlı qanı varsa, istər udanda, istərsə də uduzanda, komandanın arxasınca getməlidir. Lakin mətbuat Polşa səfərindən sonra yığma üzvlərini “baltaladı”. Finlandiya ilə oyunöncəsi futbolçuları tənqid etməklə, onlara mənəvi cəhətdən zərbə vurdunuz. Hətta Emin İmaməliyevlə İlqar Qurbanov buna görə göz yaşlarını saxlaya bilmirdilər. Təsəvvür edin ki, yığmanın kapitanı, 35 yaşlı təcrübəli Aslan Kərimovu bu oyuna kökləməyi bacarmırdım. Gəlin insanlığımızı qoruyaq”. Ş.Diniyev bildirib ki, Varşavadan qayıdandan sonra futbolçularla birgə ağır anlar yaşayıb: “Düz dörd gündür nə ailəmlə, nə də yaxınlarımla əlaqə saxlayıram. Telefonuma gələn zənglərə cavab vermirəm. Çünki bu ərəfədə çox ağır günlər yaşadım”. Baş məşqçinin sözlərinə görə, polşalılarla matçda məğlubiyyətə əsas səbəb rəqibin erkən qollar vurması olub. Ş.Diniyev vurğulayıb ki, seçmə mərhələdə ilk ev oyununda da yığmamızın qalib gəlmək şansı var imiş: “Seçmə mərhələdə milli komandamız ən yüksək səviyyəli oyununu Portuqaliyaya qarşı göstərib. Ancaq portuqaliyalılarla və belçikalılarla görüşlərdə futbolçularımızın döyüşkən ruhu hiss olunsa da, nəticə əldə edə bilmədik. Bakıda Qazaxıstana da qalib gəlmək şansımız var idi. Sadəcə, həmin qarşılaşmada bəxt bizdən üz döndərmişdi”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR