Bank Of Baku

Roy Hocson: “Azərbaycan qrupdakı digər güclü komandaları da büdrədə bilər”

Roy Hocson: “Azərbaycan qrupdakı digər güclü komandaları da büdrədə bilər”
# 29 mart 2007 08:50 (UTC +04:00)
“Azərbaycan yığmasının qolu çox fantastik alındı”. “APA-Sport” agentliyinin məlumatına görə, bu sözləri Azərbaycana 0:1 hesablı məğlubiyyətdən sonra Finlandiya yığmasının baş məşqçisi Roy Hocson deyib. R.Hocsonun sözlərinə görə, görüşdə qeydə alınan hesab məntiqə uyğun olub: “Bu gün hücumda elə də təhlükəli oyun nümayiş etdirə bilmədik. Azərbaycan yığması müdafiədə çox yaxşı təsir bağışladı. Ümumiyyətlə, Azərbaycan millisi çox gözəl oyun nümayiş etdirdi və Emin İmaməliyevin simasında uzaq məsafədən zərbə ilə gözəl qola imza atdı. Bu münasibətlə onu təbrik edirəm”. R.Hocson Bakıya yalnız qələbə üçün gəldiklərini bildirərək, futbolda belə nəticələrin olmasını da təbii qarşılayıb: “Futbolda hər cür nəticə ola bilər. Deməzdim ki, biz Azərbaycanın Polşaya böyük hesablı uduzmasından sonra arxayınlaşmışdıq və bu məğlubiyyətimizdə böyük rol oynadı. Arxayınçılığın qurbanı olduğumuzu düşünmürəm. Rəqibi dəyərləndirmişdik. Sadəcə, Azərbaycan bu gün müdafiədə çox gözəl oyun nümayiş etdirdiyi üçün layiqli qələbə qazandı. Azərbaycan belə gözəl oyunla qrupda digər güclü rəqiblərinə ciddi müqavimət göstərərək, onları da büdrədə bilər”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR