Bank Of Baku

Yari Litmanen: “Meydança pis vəziyyətdə olduğundan uduzduq”

Yari Litmanen: “Meydança pis vəziyyətdə olduğundan uduzduq”
# 29 mart 2007 09:04 (UTC +04:00)
“Meydança pis vəziyyətdə olduğundan uduzduq. Adi ötürmə verməyə belə çətinlik çəkirdik. Top kələ-kötür ot örtüyünə dəyərək, istiqamətini dəyişirdi”. Bu sözləri Azərbaycan milli komandasına məğlubiyyətdən sonra Finlandiya yığmasının kapitanı Yari Litmanen “APA-Sport” agentliyinə açıqlamasında deyib. 36 yaşlı yarımmüdafiəçi məğlubiyyətin gözlənilməz olduğunu bildirib: “Azərbaycandan xalsız dönəcəyimizi gözləmirdim. Bu gün həddən artıq zəif oynadıq. Öz qüvvəmizdən aşağı səviyyədə çıxış etdik. Məğlubiyyət bizə çox pis təsir edib”. Y.Litmanen Finlandiya yığmasının oyun ərzində cəmi 1-2 real qol şansı qazandığını söyləyib. Futbolçu vurğulayıb ki, Azərbaycan milli komandasının qapısına qol vura bilməməkləri qapıçının inamlı oyunu ilə bağlıdır: “Ümumiyyətlə, təhlükəli vəziyyət yaratmağa çətinlik çəkirdik. Biz xüsusilə standart vəziyyətlərdə fərqlənəcəyimizə ümid edirdik. Ancaq cərimə zərbələri və künc ötürmələri zamanı rəqib komandanın qapıçısı yaxşı oynadı”. Y.Litmanen növbəti seçmə oyunlarda yığmanın uğurlu nəticələr qazanacağını bildirib: “Qarşıdakı matçlarda daha yaxşı nəticə qazanmağa çalışacağıq. İnanıram ki, Bakıda itirilən xalları seçmə mərhələnin gedişində geri qaytaracağıq”.
Qeyd edək ki, Y.Litmanen indiyədək Azərbaycan və Finlandiya arasında keçirilən 5 rəsmi matçın 4-də forma geyib. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR