Bank Of Baku

“Quba” Futbol Klubu prezident İlham Əliyevə müraciət edib

“Quba” Futbol Klubu prezident İlham Əliyevə müraciət edib
# 29 mart 2007 09:23 (UTC +04:00)
2004-cü ildən fəaliyyət göstərən “Quba” Peşəkar Futbol Klubunun işçi heyəti, uşaq və yeniyetmələrin valideynləri, futbol veteranları və azarkeşlər adından ölkə prezidenti İlham Əliyev və Heydər Əliyev Fondunun Prezidenti, millət vəkili Mehriban Əliyevaya müraciət ünvanlanıb. “APA-Sport” agentliyinin məlumatına görə, 200 nəfərin imzaladığı sənəddə qeyd edilib ki, “Quba” klubunun rəhbərliyi qarşısına qoyduğu hədəflərə nail olmaq üçün ölkədə fəaliyyət göstərən özəl şirkətlərin rəhbərlərindən sponsor köməyi xahiş edib. Lakin heç bir təşkilat onlara ünvanlanmış rəsmi məktublara cavab verməyib. Müraciət müəllifləri son ümid yeri saydıqları ölkə prezidentinin onların xahişlərini cavablandıracağına ümid etdiklərini bildiriblər.
Qeyd edək ki, Quba futbolu böyük tarixə malikdir. Rayonun ayrı-ayrı təmsilçiləri keçmiş SSRİ vaxtında Azərbaycan çempionu, Azərbaycan kubokunun sahibi, “Dəri top” yarışlarında SSRİ çempionu kimi nailiyyətlər qazanıblar. Lakin 1980-ci illərin əvvəllərindən Qubada futbol böhranı hökm sürməkdədir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR