Bank Of Baku

Azərbaycan yığmasının keçmiş müdafiəçisi Sergey Sokolova görə, UEFA-nın AFFA-ya kəsdiyi cəriməni “Qaraba𔝠klubu ödəyəcək

Azərbaycan yığmasının keçmiş müdafiəçisi Sergey Sokolova görə, UEFA-nın AFFA-ya kəsdiyi cəriməni “Qaraba𔝠klubu ödəyəcək
# 29 mart 2007 09:32 (UTC +04:00)
2006-cı il oktyabrın 11-də Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçirilən Belçika Azərbaycan görüşündən sonra qanında istifadəsi qadağan olunan dərman preparatı tapılan Sergey Sokolova görə UEFA Nizam-İntizam Komitəsi (NİK) tərəfindən kəsilən 8000 İsveçrə frankı məbləğində cəriməni “Qaraba𔝠klubu ödəyəcək. “APA-Sport” agentliyinin məlumatına görə, bu haqda qərar AFFA-nın Nizam-İntizam Komitəsinin (NİK) toplantısında qəbul olunub.
Qeyd edək ki, “Qaraba𔝠klubunun və millinin keçmiş müdafiəçisi S.Sokolov 18
ay müddətinə, yəni 2008-ci il iyunun 10-dək bütün yarışlardan kənarlaşdırılıb. Müdafiəçi Azərbaycan milli komandasının üzvü olduğu üçün, AFFA 8000 İsveçrə frankı məbləğində cərimələnib. Lakin UEFA-nın Dopinq Komitəsinin apardığı araşdırma zamanı məlum olub ki, millinin rəhbərliyinin və həkiminin S.Sokolovdan götürülən dopinq-testin cavabının müsbət nəticələnməsində heç bir günahı yoxdur. Buna görə də, UEFA NİK-i komandanın həkimi Ramiz Kərimovun üzərindən məsuliyyətin götürülməsi barədə qərar qəbul edib. Həmçinin, aparılan araşdırmalar zamanı müəyyən edilib ki, S.Sokolov 2006-cı ilin avqustunda UEFA Kuboku çərçivəsində keçirilən “Qaraba𔝠“Zimbru” oyunu zamanı zədələnib və “Qaraba𔝠klubunun həkim heyəti tərəfindən təxminən üç ay ərzində fərdi qaydada müalicə edilib. UEFA NİK-nin millinin həkiminin məsuliyyətdən azad olunması ilə bağlı qərarı belə hesab etməyə əsas verir ki, S.Sokolov “Qarabağ”ın heyətində müalicə alarkən, qəbul etdiyi dərmanların tərkibində qadağan edilmiş pereparat olub. Məhz bunu nəzərə alan AFFA NİK-i 8000 İsveçrə frankı məbləğində cərimənin “Qaraba𔝠klubu tərəfindən ödənilməsi barədə qərar çıxarıb. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR