Bank Of Baku

Ramiz Mirzəyev: “Mən artıq sözümü demişəm”

Ramiz Mirzəyev: “Mən artıq sözümü demişəm”
# 29 mart 2007 09:32 (UTC +04:00)
AFFA prezidenti Ramiz Mirzəyev Finlandiya ilə oyunda qazanılan qələbə münasibətilə Azərbaycan milli komandasının üzvlərini təbrik edib. Federasiya rəhbəri qarşılaşmadan dərhal sonra köməkçisi Ələddin Ağayi, AFFA-nın vitse-prezidenti Elşad Nəsirov və Çimərlik Futbolu Federasiyasının prezidenti Vidadi Əhmədovla birgə soyunub-geyinmə otağına gələrək, yığmanın futbolçu, məşqçi və texniki heyətinə ürək sözlərini çatdırıb. AFFA rəhbəri onları təbrik edib və gələcək oyunlarda uğurlar arzulayıb. Futbolçularla görüşdən sonra “APA-Sport” agentliyinə açıqlama verən R.Mirzəyev oyun barəsində geniş danışmaq istəmədiyini bildirib: “Oyunla bağlı məşqçi məsuliyyət daşıyır. Hər şeyi mətbuat konfransında baş məşqçi danışacaq, sözünü deyəcək. Mən artıq sözümü demişəm. Bu işə səlahiyyətli deyiləm. Mənim vəzifəm başqadır. AFFA prezidenti kimi, deyə bilərəm ki, rəhbərlik etdiyim qurum ölkə çempionatının keçirilməsi, idarəsi, milli komandanın səfərlərinin təşkili ilə məşğuldur”. R.Mirzəyevin yaxın günlərdə milli komandanın üzvlərini qəbul edərək onları mükafatlandıracağı gözlənilir. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR