Fuad Əsədov: “Azərbaycanda milliləşdirilmiş futbolçu yoxdur”
- Milli komandanın Finlandiya ilə görüşdə qələbə qazanacağını gözləyirdiniz?
- Yığmamızın Finlandiya üzərində qazandığı qələbə bir daha sübut etdi ki, Azərbaycanda futbol olub, var və olacaq. Bizim gözəl ənənələrimiz olub. Bu oyun göstərdi ki, ənənələrimiz davam edir. Qələbənin gözlənilib-gözlənilmədiyinə gəlincə, futbol elə bir oyundur ki, nəticəni öncədən demək mümkün deyil. Sadəcə, futbolçularımızın Polşaya məğlubiyyətdən sonra psixoloji durumları çox pis idi. Bundan sonrakı üç gün ərzində hamı AFFA rəhbərliyi, futbolçuların valideynləri, onların çıxış etdikləri klubların baş məşqçiləri milli üzvləri ilə görüşdülər, söhbət etdilər. Yəni, bu uşaqlara daim qayğı lazımdır. O mənada yox ki, vaxtlı-vaxtında onları yemək, su ilə təmin etsinlər. Millinin futbolçularına mənəvi nöqteyi-nəzərdən qayğı lazımdır. Bundan ötrü kütləvi-informasiya vasitələri ayrı-ayrı oyunçulardan yaza, onları ruhlandırmaq üçün keçmiş futbolçularımızdan misallar gətirə bilərlər. Amma Polşadan qayıtdıqdan sonra bir çox mətbu orqanlar milli komandanın baş məşqçisi və oyunçuları barədə müxtəlif xoşagəlməz yazılar yazdılar. Heç bir ölkədə belə şey yoxdur. Mən bunu başa düşə bilmirəm. Türkiyə millisi 2006-cı il dünya çempionatının pley-off oyunlarının nəticələrinə əsasən, İsveçrəyə uduzaraq, final mərhələsindən kənarda qalarkən, nə oyunçulara, nə də baş məşqçinin ünvanına bir kəlmə pis söz dedi. Əksinə, komandanı ruhlandırmaqda davam etdilər. Futbol belə olmalıdır. Amma bunun əvəzində bəziləri böhtan xarakterli açıqlamalar verirlər. Bunlar heç kimə lazım deyil.
- Bu qələbənin təsadüfi olmadığını Polşa ilə qarşıdakı oyunda da sübuta yetirmək mümkün olacaqmı?
- Biz finlandiyalılara qarşı sərgilədiyimiz oyunu iyunun 2-də polşalılarla qarşılaşmada da nümayiş etdirmək, onları məğlub etmək üçün hazırlaşmaq və onlara uduzduğumuz görüşlərin heyfini çıxmalıyıq. Bu ruhda yazmalı, futbolçularla müsahibələr aldıqda da bu haqda danışmalıyıq. Məncə, gözəl oyun, qələbələrin olması üçün bunları etməliyik.
- Milli komandanı tənqid edənlər arasında futbol veteranları da var idi. Hətta veteranlar yığmamızın Finlandiyaya məğlub olacağı təqdirdə, prezident İlham Əliyevə müraciət edəcəklərini demişdilər...
- Mənə elə gəlir ki, veteranların fikirləri bu gün heç kimə lazım deyil. Onların vaxtı getdi.
- Yəni, veteran kimi də lazım deyillər...
- Veteranlara bizim hörmətimiz var. Onlarla görüşürük, ünsiyyətdə oluruq. Hər birinin Azərbaycan futbolunda yeri var. Amma bu bəyanatlar, çıxışlar, ayrı-ayrı şəxslərin ünvanına dedikləri sözlər heç kimə lazım deyil. Bunu təkcə mən yox, ictimaiyyət, mətbuat deyir. Belə bəyanatlar hazırlanıbsa, onu cırıb atmağı məsləhət görərdim. Finlandiya ilə qarşılaşma göstərdi ki, milli komanda oynamağı bacarır. Əgər bacarırsa, özünü göstərə bilirsə, buna qıraqdan heç kimin, o cümlədən, adlarını mütəxəssis qoyanların müdaxiləsi lazım deyil.
- Sizcə, milli komandamızın Polşa ilə əvvəlki üç oyunda böyük hesablı məğlubiyyətlərə uğramasını nə ilə bağlamaq olar?
- Bilirsiniz, bu, kompleks, psixoloji durumla bağlıdır. Polşalılarla ilk oyunda 0:8 hesablı məğlubiyyətdən sonra yığmamızın üzərindən mənfi psixoloji durum çəkilməyib. Mənə elə gəlir ki, futbolçularımız Polşa ilə oyuna çıxanda özlərini itirirlər. Baxmayaraq ki, martın 24-də keçirilmiş oyuna yığmamız hazırlaşmışdı. Lakin fikrimcə, ilk dörd dəqiqə ərzində buraxılan iki top uşaqları “sındırdı”. Ona görə, oyunun sonunadək özlərinə gələ bilmədilər. Bundan başqa, bəzi oyunçular çoxlu texniki səhvlərə yol verdilər. Xüsusən, qapıçı Cahangir Həzənzadənin kobud səhvlərini qeyd edərdim. Düzdür, o, uzun müddətdən sonra rəsmi oyunlara çıxırdı. Amma belə səhvlər buraxmaq olmaz.
- Polşa ilə Bakıdakı oyunadək millimizin yoldaşlıq görüşü keçirməsi nəzərdə tutulub?
- Xeyr. Buna imkanımız yoxdur. Çünki aprel-may bizim ən çətin aylarımızdır. Bilirsiniz ki, milli çempionat mayın sonlarında başa çatır. Ona görə, çempionatımızın ən gərgin, ən çətin oyunları bu iki ayda olur. Belə olan halda biz futbolçuları klublarından ayıra bilmərik.
- Hələ ötən il yığmamızdakı milliləşdirilmiş futbolçuların sayının tezliklə azaldılacağını demişdiniz...
- Azərbaycanda milliləşdirilmiş futbolçu yoxdur. Hansı erməni, gürcü, ləzgi, rus ölkəmizə gəlib, azərbaycanlı olduğunu deyə bilər? Sadəcə, başqa dövlətlərin nümayəndəsi bura gəlib, Azərbaycan vətəndaşlığını alıb. Bu da qanunvericilikdə nəzərdə tutulub. Onların yığmadakı sayının azaldılıb-çoxaldılmasına gəldikdə, bu, mənim səlahiyyətimdə deyil.
- Azərbaycan və Ermənistan Futbol Federasiyaları arasında iki ölkə yığmasının qarşılaşacağı yerlə bağlı danışıqlar aparılıb?
- Xeyr. Bundan ötrü öncə UEFA tərəfindən oyunların yeri ilə bağlı qərar qəbul olunmalıdır. Daha sonra neytral meydançanın yeri barədə razılığa gəlmək olar. /APA-Sport/
Döyüş növləri
Çempionlar Liqası: “Qalatasaray” ilk qarşılaşmada məğlub olub - NƏTİCƏLƏR
Boks üzrə U-19 Avropa çempionatında Azərbaycan millisinin daha 2 idmançısı 1/4 finala vəsiqə qazanıb
İslam Maxaçev İan Qerrini məğlub edərək çempionluq titulunu qoruyub
İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu olub
Xəbər Lenti
"Moody’s": Hörmüz riskləri Azərbaycan və Qazaxıstanın ixrac gəlirlərini artıra bilər
Ağdərədə mina partlayışı baş verib, xəsarət alan var
Qarabağ və Şərqi Zəngəzurda məktəblərin sayı 52-yə çatdırılacaq
Konstitusiya Məhkəməsinin nümayəndə heyəti Batumidə işgüzar səfərdə olub
Rusiyada 5G rəsmi olaraq istifadəyə verilib
Rusiya qoşunları Ukraynadakı data mərkəzlərə zərbə endirib
Eşqi Bağırov: Sertifikasiyada 105 minə yaxın müəllim iştirak edib, 31 min müəllimin maaşı artırılacaq
Tədris distant təşkil edilən məktəblərin sayı artırılacaq
“PAŞA Sığorta” Gürcüstana səyahət sığortasının qiymətini açıqlayıb
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
Parlamentdə Quba-Xəzəryanı üzrə hasilatın pay bölgüsü haqqında Saziş müzakirəyə çıxarılacaq
Agentlik sədri: Ali təhsilə hazırlıq təmin edilən məktəblərin sayı 90-a çatdırılıb
Gələn aydan bağça müəllimlərinin sertifikasiyasına başlanılacaq
Dövlət bağçalarında yer sayı artırılıb
Rusiya HHM sistemləri Ukraynanın 800-ə yaxın dronunu vurub
Milli Məclis Azərbaycanla Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqaviləni ratifikasiya edəcək
ABB “Davr-Bank”la sövdələşməni tamamlayıb
"S&P" ABB-nin nəzarətinə keçməsi ilə “Davr-Bank”ın kredit reytinqini artırıb
Şərurda ot tayası yanıb, 9 baş heyvan tələf olub - FOTO
Hikmət Hacıyev: Bu gün Qarabağ və Şərqi Zəngəzur əsl intibah dövrünü yaşayır
Azərbaycan neftinin qiyməti 120 dollara yaxınlaşır
Bu günün valyuta məzənnələri
Diplomatik korpusun Qarabağa və Şərqi Zəngəzura səfəri başlayıb - FOTO
Rusiya ordusu gecə Kiyevə hücum edib, 8 nəfər yaralanıb
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
“Bitcoin”in qiyməti 77 min dollardan aşağı düşüb
Əmtəə bazarlarında qızılın qiyməti 4400 dollardan aşağı düşüb
Qlobal fond bazarlarında eniş davam edib
Nyu-York birjasında təbii qaz cüzi ucuzlaşıb
Bakı və Abşeronun bəzi ərazilərində elektrik enerjisi olmayacaq
“Brent” markalı neftin qiyməti 108 dolları ötüb
“Anthropic”in süni intellekt modeli nəzarətdən çıxıb internetə sızaraq üçüncü tərəfin sistemini sındırıb
Vens amerikalıları bir qrup "dəli demokrat"a səs verməməyə çağırıb
Tramp İranla müharibənin Konqres seçkilərinədək başa çata biləcəyini istisna etməyib
Tramp: İran Demokratların qələbəsi ümidi ilə münaqişəni uzadır
Kanada və Ukrayna 100 illik tərəfdaşlıq haqqında deklarasiya imzalayıb
Oman sahilləri yaxınlığında iki gəmiyə hücum edilib
Livan və İsrail arasında danışıqlar gələn həftə Romada keçiriləcək
Vaşinqton Ər-Riyadla kəşfiyyat məlumatlarının mübadiləsini genişləndirib
“Fənərbaxça” Çempionlar Liqasına xalla başlayıb - YENİLƏNİB
Çempionlar Liqası: “Sabah” “Mançester Yunayted”ə böyük hesabla məğlub olub
Pezeşkian BRİCS sammitində iştirak etmək üçün Dehliyə gedəcək
Aziz Yıldırım: İsmail Kartal işinin başındadır
İran XİN rəhbəri Pakistan ordusunun komandanı ilə telefonla danışıb
“Fənərbaxça”nın baş məşqçisi İsmail Kartal istefa verib
Hacıqabulda ağır qəza, 1 nəfər ölüb, 2 nəfər yaralanıb
ABŞ İrana qarşı sanksiya siyahısına 14 fiziki şəxs və 5 şirkəti əlavə edib
Əlcəzair BƏƏ təyyarələri üçün hava məkanını bağlayacaq
Karni: Kanada və Ukrayna HHM raketlərinin tədarükünü razılaşdırıb
ABŞ Argentinaya “Black Hawk” helikopterlərinin satışını təsdiqləyib